Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nənələr söhbətində çox ifrata varıldı…
Haradan-haraya gəldik? Nə oldu bizə? Nənələri ziyatət etmək qəbahətmidir?
Namizədlər gedib yaşlı adamları ziyarət edir və ya əllərini öpürsə, bunu təqdir etmək əvəzinə, ələ salmaq nəyə lazım?
Fb-də çox rast gəldiyim bir foto var: Musa Qasımlı bir nənənin əlini öpür ha, həmin foto. İroniya edınlər, bilirsinizmi həmin nənə kimdir?
Mən “Yeni Müsavat”ın əməkdaşı olaraq 2000-ci illərin əvvəllərində həmin nənənin-Ananın dediklərini hələ də unutmamışam.
Şuşada həlak olan və orada dəfn olunan oğlu Heydərin nəşi az qala 20 il sonra girovluqdan azad edilib Yardımlnın Yolocaq kəndinə gətirildi.
Ata evinə gətirilən Vətən oğlunun nəşini Ananın qarşılaması, “Evinə xoş gəldin, oğul” deməsi hamımızın ürəyini göynətdi o zaman…
Belə Nənə-Ana əl üstə saxlanılmalıdır, nəinki əlindən öpülməli.
O, bir Şəhid Anası!!!
Bir azsa dəyərlərimizə, dəyərlilərimizə münasibətdə diqqətli olaq, lütfən!
Bu əlləri kim öpür-öpsün, lağlağı mövzusuna çevirməyək…
Elşad PAŞASOY,
Jurnalist
Etikxeber.az