Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Parlamentin plenar iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Etikxeber.az-ın xəbərinə görə, qanun layihəsi 22 maddədən ibarətdir.
Qanun layihəsinin müəllifi və onun hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevdir.
Yeni layihəyə əsasən, psixoloji yardım göstərən şəxslər dövrü olaraq 5 ildə bir dəfə Azərbaycan Psixoloqlar Şurasının müəyyən etdiyi qaydada tədrisə cəlb ediləcəklər.Azərbaycan Psixoloqlar Şurası psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmini, psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə yaradılacaq.İctimai əsaslarla fəaliyyət göstərəcək Şura yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji yardım göstərən dövlət orqanlarının nümayəndələrindən daxil olmaqla, 7 üzvdən ibarət olacaq.Bununla yanaşı, klinik psixoloqlar peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə dövrü olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb ediləcəklər.Mülkiyyət növündən asılı olmayaraq, səhiyyə müəssisəsində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər (klinik psixoloqlar) məşğul ola bilərlər.Layihəyə görə, klinik psixoloqlar klinik psixologiya üzrə magistr dərəcəsi almış və səhiyyə sistemində psixoloji yardım göstərmək icazəsi olan mütəxəssis-psixoloqlardır.
Millət vəkillərindən Tahir Rzayev, Nizami Cəfərov, İlham Məmmədov, Səməd Seyidov sənədin qəbulunun vacibliyini söyləyib, onun əhəmiyyətli və önəmli olduğunu bildiriblər.
Qeyd ediblər ki, Azərbaycanda peşəkar psixoloqlara ciddi ehtiyac var və bu sənəd həmin boşluğu doldura bilər.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az