Musa Urud-“SAVAŞ DEYİR”…

Millət vəkili, şair Musa Urud (Quliyev) Azərbaycanın İkinci Vətən Müharibəsi-ikinci Qarabağ savaşı ilə bağlı şeir yazıb.

Etikxeber.az “SAVAŞ DEYİR” deyir adlı həmin şeiri təqdim edir:

Daha səbir qalmayıb

Dözümün dözümü yox
Bu şeytan düyününü
Kəsməsən çözümü yox.
Xalq həmişə haqlıdır
Xalq həmişə doğrudur.
Qaraya qara deyir
Ağ olana ağ deyir
Millət qalxıb ayağa
Dəniz kimi kükrəyir
Yurd deyir, torpaq deyir,
Şuşa, Qarabağ deyir.

Bağlı qapı dalında
Çox oyun oynadılar
Xalqımın dərdi ilə qolboyun oynadılar
Daha sizə ümid yox, daha sizə gərək yox
Dəyirmi masalarda təbəssümü saxtalar.
Bir qəti söz, mərd qərar
Yüz gümanı noxtalar!

Ali Baş Komandanım əmr edir, savaş deyir
Otuz illik həsrətin səngərini aş deyir!
Şərəfli tarixini
Öz əlinlə yaz deyir.
Bayrağını Vətinin sərhəddində as deyir.

Bitdi boş danışıqlar
Susun artıq
Nə danışıq?
İndi daha top danışır, tank danışır.
Rəhbərimin qətiyyətli sözü ilə haqq danışır.
Susun, susun riyakarlar, quru- quru qrupbazlar,
Susun, indi xalq danışlr.

Xalq deyir ki, haqq işidir mübarizəm,
Müqəddəsdir, haqq üçündür mənim davam!
Tamam yoxdir, davam- davam, davam, davam!
Kəlbəcərdə hikkəsindən parça-parça parçalanan
qayam deyir, daşım deyir
Ərim gəldi qayasında gözü yaşlı, üzü qanlı
Həsrət çəkən Şuşam deyir
Zəngilanda xan çinarı
Mişarlanan, baltalanan, talan olan meşəm deyir
Ruhu Vətən göylərində
Keşik çəkən Polad adlı paşam deyir.

Bu torpağın hər qarışı savaş deyir
Nər qayası, çınqıl daşı savaş deyir
Dul gəlinin qucağında
Məsum şəhid körpəsinin
gözdə yaşı savaş deyir!!
Savaş deyir Kərkicahan
Xocalıda tökülən qan.
Cəbrayılda, Fizulidə dalğanlanan
Ulu bayraq davam deyir
İrəlidə Zəngilan var, Qubadlı var
Qiyamətə qisas qalmaz-Ağdam deyir.

Bu bir zəfər yürüşüdür,
Bir millətin haqq işidir.
Dayanmaq yox, durmaq olmaz,
Bunu bizə tora düşmüş Laçın deyir
Naxçıvanın qollarını açın deyir.
Tərtər deyir, Qarqar deyir, Xaçın deyir:
Azərbaycan əsgərinin mərd əliylə

Qarabağda axan sular durulacaq
Xan yurdunda haqq divanı qurulacaq!

Sülh olacaq, biz istəyən sülh olacaq.
Haqqı deyən, şəri əyən sülh olacaq.
Qarabaqdan quldurları
Təmizləyən sülh olacaq!
Hələ isə
Bədəndə can savaş deyir,
Damarda qan savaş deyir.
Göydə Allah, yerdə Vətən savaş deyir
Dildə dua, əldə Quran savaş deyir.
Ali rəhbər, Baş Komandan savaş deyir.
Diz səngərdə, göz hədəfdə
Əl tətikdə

On milyonluq Azərbaycan savaş deyir!

Etikxeber.az

Read Previous

Yapon “Nikkei”si və fransız “Fiqaro”su–Həqiqətlərimizin yeni ünvanları – QƏNİRƏ PAŞAYEVA YAZIR

Read Next

“Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir…”-İLHAM ƏLİYEV – AZAD OLUNAN ŞƏHƏR MƏRKƏZLƏRİ SAYCA 4-Ə ÇATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir