“Musa və Tural kimi gənclərimizlə hər zaman qürur duyacağıq!”-QƏNİRƏ PAŞAYEVA ŞƏHİDLƏR-MUSA VƏ TURAL HƏSƏNOVLARIN ANASI İLƏ GÖRÜŞDƏ BELƏ DEDİ

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Mingəçevir şəhər sakini, Vətən Müharibəsinin şəhidləri Musa və Turalın anası Nəhayət Həsənova ilə görüşüb.

Etikxeber.az-ın xəbərinə görə, komitə sədri ürək sözlərini bölüşüb, ailənin qayğıları ilə maraqlanıb.

O, qeyd edib:

“Əziz şəhid anası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Şəhid oğullarınızın ruhu qarşısında dərin ehtiram və minnətdarlıqla baş əyirəm. Musa və Tural Həsənovlar cəbhəyə könüllü getmişdi. Şəhid oğullarınız Azərbaycan Prezidentinin Sərəncamı ilə ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərkən, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə görə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Musa həmçinin “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif olunub.Musa və Tural kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övladlar böyütdüyünüz üçün təşəkkür edirik”!

Şəhidlərin anasına Komitə adından Məktub təqdim edilib.

Görüşdə Etikxəbər.az saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.

Etikxeber.az

Read Previous

Sabiq deputat Prezidentin 4 saatlıq mətbuat konfransından-YAZDI

Read Next

Daha 278 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir