“Müsavat” 12 noyabr aksiyasından razı qalıb…

Son həftə ərzində ölkədə qeyri-rəsmi fövqəladə vəziyyətə səbəb olan aksiyamız baş tutdu. Həbs olunduq, yaxınlarımız təhdid edildi, amma mövqeyimizdən dönmədik, sözümüzü dedik. Hüquqlarımız tanınanadək mübarizəmiz davam edəcək.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Biz sübut edəcəyik ki, Azərbaycan Suriya deyil, Liviya deyil” -deyən A. Hacılı bildirib ki, Azərbaycan cəmiyyəti lap çox irəli gedib. Cəmiyyətin inkişaf səviyyəsi azad, ərazisi bütöv, firavan dövlət qurmaq üçün yetərlidir.

“Bu indi müəyyən zamana bağlıdır. 12 noyabr aksiyası da siyasət tariximizə yazılacaq bir hadisə oldu. Bu aksiyanın baş tutmasında əməyi olan hər kəsə, iştirakçılara, həbs olunub əziyyət çəkənlərə, informasiya dəstəyi verən mediya qurumlarına bir daha təşəkkür edirəm. Var olun”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” əsas zərbə qüvvəsi olmalıdır” – ASƏF QULİYEV

Read Next

“Gəncə-Naxçıvan aviareysinin bərpası ücün maliyyə vəsaiti ayrılsın” – MUSA URUD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir