“Müsavat” Abbas Lisaniyə-AZADLIQ TƏLƏB EDİR…

İran Ali Məhkəməsi Güney Azərbaycanlı soydaşımız Abbas Lisani haqqında çıxarılan 15 il həbs və 2 il sürgün cəzasını təsdiqləyib. Uzun illər ərzində Güney Azərbaycanlı soydaşlarımızın hüquq və azadlıqları uğrunda mübarizə aparan Abbas Lisani belə fəaliyyətinə görə əvvəllər də dəfələrlə həbs edilib. Özünə, ailəsinə, yaxınlarına olan təzyiqlərə baxmayaraq mübarizəsini davam etdirib.

Etikxeber.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Qeyd edib ki, Ali Məhkəmənin qərarından sonra son sözündə də bu mübarizəsini sonadək davam etdirəcəyini bildirib.

“Lisani deyib: “Hökm nə olur olsun, ömürlük həbs və ya edam olması heç fərq etməz. Tək bir addım geri atmayacağam. Bədənimdən tək bir zərrə qalsa da yenə də millətim və vətənim Azərbaycan yolunda mübarizəmə davam edəcəyəm!” İran zindanından da Azərbaycan davasını davam etdirəcəyini bəyan edən soydaşımız Abbas Lisaninin hüquqlarının müdafiəsi, onun haq bağıran səsini dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə etməliyik. Bütün siyasi məhbuslarımızın və Abbas Lisaninin azdlığa çıxmasına nail olmalıyıq. Abbas Lisaniyə azadlıq!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan dövləti, dövlət başçısı ən çətin, ən mümkünsüz olan şəraitdə belə öz insanını, ölkənin bütün vətəndaşlarını qorumaq əzmində və iqtidarında olduğunu bir daha nümayiş etdirdi…”-JALƏ ƏLİYEVA

Read Next

Pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir