Müsavatçının oğlu polis haqda status paylaşdı VƏ SAXLANILDI

Göyçayda Müsavat fəalının oğlu saxlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Müsavatın tanınmış simalarından olan Mustafa Hacıbəyli öz “Facebook” səhifəsində məlumat verib.

Qeyd edib ki, 28 yaşlı Qaçay Qafarov sosial şəbəkədə Azərbaycan polisinin fəaliyyəti haqda status paylaşıb və dünən axşam saatlarında ailəsinə xəbər verilmədən saxlanılıb.

“Hazırda Göyçay rayon Polis Şöbəsindədir. Bu, ifadə azadlığının kobud şəkildə pozulmasıdır. Qaçay Qafarov Müsavat Partiyası Göyçay rayon təşkilatının Şura üzvü Alışan Qafarovun oğludur. Qaçay Qafarova azadlıq!”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

İstirahət mərkəzlərində birində ad günü şənliyi edənlər saxlanıldılar VƏ MƏSULİYYƏTƏ CƏLB EDİLDİLƏR – FOTO

Read Next

“Görünən odur ki, bizim sülh mesajlarımızın ruhuna zidd olaraq Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq niyyətindədir”- “QARABAĞ İCMASI”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir