“Müsavat”dan Əli Əhmədovun çağırışına reaksiya: “YAP HAKİM PATİYA DEYİL”

YAP hakim partiya deyil. Bu təşkilat heç klassik mənada dərk edilən partiya fəaliyyəti ilə də məşğul olmur.

YAP Azərbaycanın daxili və xarici siyasətinin formalaşmasında iştirak etmir. Ən qlobal məsələlərə münasibət bildirmir. Kadr siyasətinin müəyyənləşməsində, hətta YAP dan olan deputatlığa namizədlərin irəli sürülməsində bu təşkilatın heç bir rolu yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, iddia edib ki, bu qurumun mərkəzi seçkili orqanları da, yerli strukturları da icra hakimiyyətindən verilən cari tapşırıqları yerinə yetirən təzyiq qrupudur.

Arif

“750 min üzvü olduğu elan edilən Yeni Azərbaycan Partiyasınıın üzvlü olmaqdan Bakıda 100-150, hər rayonda 5-10 nəfər faydalanır.

Digər 100 minlərlə Azərbaycan vətəndaşı müxtəlif səbəblərdən, xüsusilə iş yerini itirməmək və ya iş yeri əldə etmək ümidi ilə bu təşkilata üzv olub.

Bu 100 minlər YAP üzvü olmaqdan heç bir fayda görməyib.

Əksinə qınaq sahibi olublar. 

İndi də YAP üzvlərindən vətəndaş qarşıdurması yaratmaq üçün istifadə etməyə çalışırlar. İqtidar yetkililəri Baş Nazirin müavini Əli Əhmədovun dili ilə bu partiyanın üzvlərini müxalifətə qarşı səfərbər olmağa çağırıb.

Mən də Yeni Azərbaycan Partiyasının bütün sıravi üzvlərini Əli Əhmədovun bu çağırışını rədd etməyə, bu partiyanın sıralarından kütləvi surətdə çıxmağa çağırıram…”-deyə, A. Hacılı sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Toyda zəhərlənənlərin sayı – 75-Ə ÇATDI – YENİLƏNİB

Read Next

“BİZ NƏ ETMƏLİYİK?” – Politoloq yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir