Müsavatın namizədləri seçicilərə nə dedi, NƏLƏR VƏD ETDİLƏR? – FOTOLAR

Dünən Sumqayıtda, bu gün Bilasuvar və Cəlilabadda Müsavat Partiyasının deputatlığa namizədləri Könül Alı, Yusif Mehdi, Eldar Soltanlı və Davud Qurbanovun seçicilərlə görüşlərində iştirak etdik. Namizədlərimizin seçicilərə müraciət çıxışları möhtəşəmdir. Hər birinin siyasi səviyyəsi, problemlərdən çıxış yolları haqqında aydın təsəvvürləri və izahatları, cəsur mövqeləri, natiqlik qabiliyyətləri hakimiyyəti təmsil edən bütün iddiaçılara nümunə ola bilər.

Etikxeber.az xəbər verir ki, bunu deputatlığa namizəd, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Görünür ki, namizədlərimizin nüfuzları da yüksəkdir. Hətta görüşlərə göndərilən öyrədilmiş adamlar da replikalarını “sizə böyük hörmətim var”- deməklə başlamaq zorundadır. Hakimiyyət yetkililəri isə islahatlardan danışsalar da, köhnə adətlətindən əl çəkə bilmir. Hər yerdə izləndik. Görüşlərə gələnlərə ciddi maneçilik törədildi. Bilasuvar Cəlilabad yolunda bütün yeməkxanalar bağlandı. Hazır yeməklər birdən yoxa çıxdı, aşpazıar qəfil xəstələndi, çayçıların hüzürü düşdü.

Həftələrlə aclıq aksiyaları keçirmişik. Bizi bununla imtahana çəkmək olmaz. Amma, nəinki bir partiya rəhbərinə, deputatlığa namizədlərə, əslində hər hansı vətəndaşa adi xidmət göstərməyi qadağan etmək cahillikdir. Hər necə olsa görüşlərimizi keçirdik, seçicilərə sözümüzü dedik, onların dərdləri, sərləri ilə bir daha tanış olduq. Təkliflərini dinlədik.Ən məhdud imkanlar çərçivəsində olsa da mübarizəmizi davam etdiririk.Sonadək mübarizə aparanlar qalib gələcək”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Deputat-ŞAHMAT TAXTASI ARXASINDA – FOTOLAR

Read Next

Atalar və oğullar… – Elşən Gəncəvi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir