Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əziz Fidan Hacıyeva, gözəl insan, əziz dost, fədakar xanım, Sənətkar. Musiqimiz ücün, onun inkişafı ücün hazırladığınız bu möhtəşəm festivalın misli yoxdur. Əziz həmkarım, Sizə bu işinizdə böyük uğurlar arzulayırıq.
Etikxeber.az xəbər verir ki, bunu Əməkdar artist, Sənət Akademiyasının rəhbəri Aybəniz Haşımova bildirib.

“Mədəniyyət Nazirliyinə də təşəkkür edirəm ki, Sizə dəstəkdir. İnanıram ki, bu festivalda iştirak edəcək tələbələrim Davud Nəsirli və Nərmin Nərimanlının cıxışları özlərinə məxsus yaddaqalan olacaq. Öncədən bütün festival iştirakcılarını təbrik edirəm”-deyə, A. Haşımova sonra qeyd edib.
Qeyd edək ki, aprelin 27-dən mayın 3-dək Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi əsasında Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə ilk Fidan Hacıyeva adına Beynəlxalq Opera Festivalı keçiriləcək.
Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.
Layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sənəti sahəsində yeni istedadların üzə çıxarılması və dəstəklənməsidir.
Festivalın görkəmli qonaqları arasında xaricdən dünyaca məşhur dirijor və bəstəkarlar, Azərbaycanın tanınmış vokalçıları və musiqiçiləri, istedadlı gənclər var.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az