“Müstəqil Azərbaycanımızın müstəqilliyi əbədi və dönməz olsun!” – ELDƏNİZ SƏLİMOV

“Bu gün-18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Tarixində, 20-ci əsrdə minbir əziyyətlər hesabına ikinci dəfə müstəqilliyini əldə edən xalqımızın, dövlətimizin ən qürurlu, ən şərəfli, ən əlamətdar günlərindəndir bu gün. Bu gün müstəqil Azərbaycanımızın 26 yaşının tamam olduğu gündür. Odur ki, bütün xalqımızı, dünyadakı bütün Azərbaycan türklərini 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə uzun ömür və möhkəm cansağlığı, müstəqilliyimizin isə əbədi və dönməz olmasını arzulayıram”.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Tam əminliklə və qətiyyətlə deyə bilərəm ki, qədirbilən Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli Liderimizin siyasi kursunu layiqincə davam etdirən  Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız daha da inkişaf edərək regionun sabitliyində əvəzsiz rol oynayır. Bu gün müstəqil Azərbaycan bu bölgənin, bu regionun təhlükəsizlik və sabitlik adasına çevrilib”-deyən millət vəkili eyni zamanda bildirib ki, müstəqil Azərbaycan bu gün tolerant, multikultural dəyərlərin, dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsində fəallıq göstərir.

“Respublikamızda müxtəlif humanitar forumların, idman yarışlarının və beynəlxalq tədbirlərin keçirilməsi də Azərbaycanın dünyada güclü mövqeyə malik olmasının göstəricisidir. Təbii ki, bunların kökündə, mayasında da Azərbaycanımızın müstəqilliyi, müstəqil siyasət kursu dayanır. Ona görə bir daha Azərbaycan xalqı və dövlətini  bu əlamətdar gün münasibəti ilə təbrik edir, hər kəsə rifah, əmin-amanlıq və uğurlar arzu edirəm”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının qrup mərhələsinin III turuna start verildi – NƏTİCƏLƏR – FOTO

Read Next

“Dini kəbinlərin heç bir hüquqi qüvvəsi yoxdur…” – SONA ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir