“Muştuluq naminə…” – MƏLAHƏT İBRAHİMQIZI ETİRAZ ETDİ

“Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı qızlara nisbətən 4-5% artıb”

“Ötən ilin statistikasına əsasən, Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı nəzərəçarpacaq qədər artıb”.

Gununsesi.info-nun xəbərinə görə, bunu 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi görüşdə millət vəkili Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, statistikaya əsasən oğlanların sayı qızlara nisbətən 4-5% artıb. Bu məsələni ciddi problem hesab edən millət vəkili qeyd edib ki, qızların gələcək taleyi hər kəsi düşündürməlidir:

“2-3 ildən sonra bu ciddi tendensiyaya səbəb olacaq. 5 il bundan əvvəl bu rəqəmlər 1% idi. Biz bu sahədə geridə qalmış ölkələrin sırasına enə bilmərik”.

Onun sözlərinə görə, hamiləlik dövründə müalicə məqsədi daşımayan ultrasəs müayinələrinin keçirilməsi hansısa formada tənzimlənməlidir: “Ultrasəs müayinəsinin lazım oldu-olmadı, xüsusilə cinsə görə muştuluq naminə keçirilməsi bu gün də var. Bu məsələlərə son qoyulmalıdır”.

M. İbrahimqızı əlavə edib ki, qızların kütləvi olaraq xarici vətəndaşlarla ailə qurması da ciddi problemdir.

melahet

Millət vəkili həmçinin, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunmasının əleyhinə olan bəzi deputatları və ginekoloqları tənqid edib.

Deputat deyib ki, bu günə qədər qanun layihəsi ilə bağlı müxtəlif tədbirlər keçirilsə də, bəzi deputatlar reproduktiv sağlamlığın fəlsəfəsini, mahiyyətini ya bilmirlər, ya bilmək istəmirlər, ya da qəbul etmirlər.

Deputat qeyd edib ki, 125 millət vəkilinin 20%-ə qədəri qadınlar olsa da, bütün qanunların müzakirəsi və qəbulunda əsas üstünlüyü kişi deputatlar təşkil edir:

“Reproduktiv sağlamlıq dedikdə o saat deyirlər ki, milli dəyərlərə ziddir. Bununla da qanunun ikinci oxunuşda qəbuluna problemlər yaradırlar. Qanunda ancaq surroqat ana məsələsi gündəmə gəlir”.

O, bildirib ki, ilk illərdən qanun layihəsində mütləq surroqat ana məsələsinin olması vurğulanırdı:

“Azərbaycanda nə qədər din dövlətdən ayrı olsa da, konservativ fikirli insanlar, xüsusilə millət vəkilləri, ginekoloqlar bu məsələyə dirəniş göstərdilər”.

M. İbrahimqızı ölkədə qadınların, anaların arzu olunmayan hamiləliyin qarşısının alınması üçün onların kontraseptiplərlə dövlət tərəfindən təmin olunması məsələsi önəmlidir.

mila-melahat

O, bu məsələnin qanun layihəsinə salındığını qeyd edib:

“Məsələnin nə qədər önəmli olduğunu Maliyyə Nazirliyinə sübut etməliyik. Çünki, Maliyyə Nazirliyinin dəstəyi olmadan bu məsələ kağız üzərində qalacaq. Bu illər ərzində Maliyyə Nazirliyinə inandıra bilmədik ki, qadınların kontraseptipləri almağa imkanı yoxdur. İmkanlı adamların bununla təmin edilməsi lazım deyil. Biz kənd rayonlarında, ucqar kəndlərdə olanları, qaçqın qadınların vasitələrlə təmin olunmasını gündəmdə saxlamalıyıq”.

Etikxeber.az

Read Previous

Gələcəkdə bir ildə 2-3 dəfə qəbul imtahanı keçirmək imkanımız olacaq – DİM

Read Next

Qarayevdən Məmmədova təpki: Bu işi görənlər məsuliyyətə cəlb olunmalıdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir