Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bolqarıstanda müvəqqəti Baş nazir vəzifəsini icra edən Ognian Gerdjikov BNT milli televiziya kanalına bildirib ki, martın 26-da baş tutacaq parlament seçkilərinə kimi ölkədə stabilliyi və siyasi davamlılığı qoruyacaq.
Etikxeber.az-ın məlumatına görə, Bolqarıstan Prezidenti Rumen Radev sabiq parlament sədri, hüquq elmləri üzrə professor Ognian Gerdjikovu keçən ilin sonunda hökumətin istefasından sonra müvəqqəti hökumətin Baş naziri vəzifəsinə təyin edib. Bolqarıstan Konstitusiyasına görə müvəqqəti hökumətin əsas vəzifələri parlament seçkilərinə hazırlığın və dövlətin stabil qaydada fəaliyyətini təmin etməkdir. 70 yaşlı Ognian Gerdjikov rəsmi olaraq vəzifəsinin icrasına Prezidentin parlamenti buraxmasından sonra başlayacaq.
Etikxeber.az