“Müvəqqətidir, qısa müddətdə vəziyyət dəyişəcək…”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

ABŞ bazarında Brent markalı neftin qiyməti may ayı satışları üçün 0$-dan aşağı düşüb.

Yəni, satıcı alıcının daşıma xərclərini də ödəyir, çünki rezervuarlarda yer də yox.

AMMA…

Bu, ABŞ bazarında belədir yalnız.

Tramp 75 mln barel nefti almaq üçün rezervuarlarda yer müəyyən etdiklərini söylədi və bu məqsədlə 3 mlrd dollar vəsait ayırdı.

Beynəlxalq bazarlarda isə Brent markalı neftin qiyməti 25$ həddindədir.

Təhlillərə görə, ABŞ-da neftin qiymətinin bu cür düşməsi müvəqqəti xarakter daşıyır və qısa zaman ərzində qiymətlər qalxacaq.

İndidən Iyun-avqust aylarnda çatdırmaq şərti ilə fyuçers qiymətləri 20-30 dollar arasında, sentyabr-dekabr ayları üçün isə 30-35 dollar arasında dəyişir.

Bu o demək ki, bazar qiymətlərin tədricən qalxacağına inanır.

Yaxın zamanlarda dünya bazarlarında böyük həcmdə neft artıqlığı yaranacaq.

Qiymətin düşməsi, xüsusilə də, fiziki bazarda, həcmin tənzimlənməsi üçün vacib sayıla bilər, qiymət nə qədər aşağı olarsa, o qədər çox layihələr ixtisar olar və neftin hasilatı azalar.

Həm də nəzərə almaq lazımdır ki, OPEK+ razılaşmasına əsasən hasilatın ixtisarı may ayından başlamalıdır.

Məsələn, ABŞ hələdə gündə 10mln, Səudiyyə Ərəbistanı isə 12 mln barrel neft hasil etməkdə davam edir.

Bugünlərdə Səudiyyələrin ABŞ-a böyük miqdarda neft yükləməsi də qiymətin bu qədər düşməsinə gətirib çıxardığını demək olar.

Qısacası, ABŞ-da qiymətlərin bu cür aşağı olması təmzimləmə xarakteri daşıyır və qısa müddətdə vəziyyət dəyişəcək.

Tahir MİRKİŞİLİ,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Etikxeber.az

Read Previous

Ölkəyə silah və narkotik keçirmək istəyən şəxslər-YAXALANDI – RƏSMİ

Read Next

Hesablama Palatasının illik hesabatı-BU HƏFTƏ MM-Ə DAXİL OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir