Müxalifət növbəti mitinqini keçirdi – BŞBPİ AÇIQLAMA YAYDI – FOTOLAR – YENİLƏNİB

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aprelin 14-də paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

İdarədən Etikxeber.az-a bildiriblər ki, aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumilikdə minədək üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

mitinqqq-1

mitinqqqqqq

Etikxeber.az

Read Previous

Missiya yerinə yetirildi – TRAMP

Read Next

ABŞ hərbi komandanlığı Suriya əməliyyatının təfərrüartını açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir