“Nə edəcəyimizə özümüz qərar veririk…” – AKŞƏNƏRDƏN BAXÇALIYA

Akşənərdən Baxçalıya cavab özünü çox gözlətmədi

2019-ci ildə Türkiyədə cümhurbaşqanlığı seçimində  indiki prezident  Rəcəb Tayyib Ərdoğana dəstək verəcəklərini açıqlayan MHP genəl başqanı Dövlət Baxçalının həmçinin,  “İYİ Parti”yaya  CXP və  PKKyönümlü  HDP ilə ittifaq qurması təklifini verib.

meral-baxcali

Etikxeber.az-ın xəbərinə görə,  sabiq MHP-ci, eks vitse-spiker Meral Akşənərdən isə bu təklifə  sərt cavab gəlib.

Xanım Akşənər ilk öncə  “İYİ” Partiyanın  nə addım atacağına özlərinin qərar verəcəklərini bəyanlayıb:

“Başqalarının iradələri haqqında danışmaq siyasi olaraq ayıbdır. Kimsə  kimin nə edəcəyi mövzusunda ağıl vermə mərtəbəsində, məqamında deyil. Biz hörmətli Baxçalıya  sayın Ərdoğanı niyə  qeyd-şərtsiz  dəstəkləyir deyə bilərmiyik? Deyə bilmərik. Belə qərar verib, ona da saygı duymaq lazımdır. Bizim də nə edəcəyimizə özümüz  qərar veririk”.

Etikxeber.az

Read Previous

“Milli Məclisin deputatlarına müraciət etdim ki…” – RƏŞAD MƏCİD

Read Next

Qərargah: Alpinistlərin hərəkət marşrutu və ehtimal olunan digər ərazilər yoxlanılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir