Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cəmi 3 gün sonra “Qisas” əməliyyatı Şəhidi, Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı Amin Rasim oğlu Qəfərlinin Anım Günüdür…
15 sentyabr 2025-ci il tarixində Amin Qəfərlinin Əbədiyyətə uğurlanmasından 3 il ötür…
Odur ki, Anım Günü ilə bağlı bu gün-12 sentyabr 2025-ci il tarixində-axşam saatlarına yaxın Amin Qəfərlinin Bakının Biləcəri qəsəbəsindəki ocağını, ailəsinin-valideynlərinin və iki övlad atası olan tək qardaşının yaşadığı evi ziyarət etdim…
Şəhidimizin valideynləri-anası Natəvan xanım və atası Rasim Qəfərovla görüşdüm, bir araya gəldim…
Təxminən saat yarım çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdim, dərdləşdim…
Onlara bir daha Allahdan səbr və dözüm arzuladım…
Bir daha “Şəhidimizin, balanızın məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Ruhu qarşısında ehtiramla baş əydiyimi, bir ömür boyu Aminlərə, cəmi Şəhidlərimizə borc olduğumu, borclu olduğumuzu söylədim…
Ziyarət, söhbət zamanı Şəhidimizin valideynləri övladlarının cəmi 18 illik qısa, lakin şərəfli ömür yoluna toxunaraq, Aminin çox hərəkətli, çox qaynar xarakterli olduğunu bildirdilər…
Qeyd etdilər ki, övladları həm də çox iradəli, inadkar, dediyindən dönməyən, heç nədən çəkinmədən məqsədinə doğru getməyi sevən və bacaran bir övlad olub…
“Amin əslində həqiqi hərbi xidmətə getməyə bilərdi…Ayağında problem var idi…Amma Amin qabağa getməyi, öndə olmağı sevən uşaq idi…Heç nədən qorxub-çəkinmirdi…Ona görə sonacan Əsgərliyə gedəcəyini bildirdi, nə qədər fikrindən daşındırmağa çalışsaq da, inadından dönmədi…Cəmi beş ayın Əsgəri oldu, amma qısa bir müddətdə hər kəsin hörmətini, rəğbətini qazana bildi…Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri kimi də “Qisas” əməliyyatı zamanı arxada dayanmadı, qabaqda getdi və Şəhid oldu…Bəlkə də Şəhid olacağını bilirmiş və ona görə anbaan Şəhidliyinə doğru yürüyürmüş…”-deyə, Şəhidimizin valideynləri vurğuladılar…
Onu da qeyd edim ki, cəmi iki ay öncə Şəhidimizin tək qardaşı Qafar (Kazım) Qafarlının əkiz-oğlan övladları dünyaya gəlib…
Və əkizlərin birinə Uğur, birinə isə Aminin adı verilib…
Ruhu hər ikisinin köməyi olsun, torpağı sanı yaşasınlar!
Bu yerdə qeyd edim ki, əslən Zəngilanlı və məcburi köçkün olan Amin Qəfərli 2004-cü ilin yanvar ayının 22-də Bakı şəhərində, Biləcəri qəsəbəsində dünyaya gəlib.
Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub.
İki övlad atası olan Qafar Qafarlı ötən ilin oktyabrında ailə həyatı qurub.
Atası Rasim Qəfərov isə Birinci Qarabağ Savaşının iştirakçılarından olub.
2010-2021-ci illərdə Biləcəri qəsəbəsində yerləşən 297 saylı tam orta məktəbdə oxuyub.
Məktəbi bitirdikdən az sonra, 2022-ci ilin aprelində Əsgərliyə yollanıb, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etməyə başlayıb.
XTQ-nin Əsgəri kimi 2022-ci ilin sentyabrında “Qisas” əməliyyatında iştirak edib.
Sentyabrın 12-dən 13-nə keçən gecə Kəlbəcərdə Şəhidlik məqamına ucalıb.
Nəşi 2 gün sonra-15 sentyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hazırda ailəsinin yaşadığı kücə Onun adını daşıyır.
O, həm də subay olub.
Məqamı Ali və Uca olsun!
Nur içində yatsın!
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





