“Nə qar, nə çovğun, nə fırtına, nə boran…” – AYBƏNİZ HAŞIMOVA – FOTOLAR

Artıq bütün komandamızla “SON” adlı Solo konsertimizə hazırıq və Son hazırlıq məşqləri gedir. Burada (Facebook-da) və digər səhifələrdə mənə ünvanlanmış xoş arzu, istəklərinizi oxuyuram-ürəyim dağa dönür və illərimin hədər getmədiyinə şadam.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış və sevilən sənətçi, Əməkdart artist Aybəniz Haşımova deyib.

“Çox təşəkkür edirəm bu sevgini mənə bəxş etdiyinizə görə.

40 ildən çox sizin üçün oxudum, sizin qəlbinizdə yaşadım.

Nə qar, nə çovğun, nə fırtına, nə boran məni qorxuda bildi.

Çünki sizin Sevginizə büründüm.

Sizi yanımızda görmək, sizin üçün yenidən oxumaq mənim üçün inanılmaz sevincdir.

Bəlkə də, ömrümü birə min uzadacaq.

Solo konsertdə əziz tələbələrimi –  Sənət Akademiyasının Bülbül səsli, Qran-pri, Beynəlxalq müsabiqələr qalibləri tələbələrimi də sizə təqdim edəcəyəm. 

Qarşınıza məni mükəmməl formada çıxmaq üçün hazırlayan, zəhmətimizi çəkən dəyərli dostlara da təşəkkür edirəm…”-deyə, A. Haşımova sözlərinə əlavə edib.

aybeniz bacim-1

aybeniz bacim

Etikxeber.az

Read Previous

“Haqsız rəqabət aparırlar” – PREZİDENT YENƏ MƏMURLARDAN NARAZILIQ ETDİ

Read Next

Putin-Ərdoğan görüşü – NƏ VƏD EDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir