“Nəcməddin Sadıqovun məruzəsi çox səlis, amma rus dilində idi: Hərbiçilər qarşısında ona heç nə demədim, amma…”-ARİF HACILI 28 İL ÖNCƏNİ XATIRLATDI

Dövlət Müşaviri olduğum zaman o vaxtkı korpus komandiri Nəcməddin Sadıqov Ağdərə yaxınlığındakı keçmiş Marquşavan kəndində yerləşən hərbi qərargah qarşısında nizami yerişlə qarşıma gəlib mənə belə bir məruzə etdi. Məruzəsi çox səlis, amma rus dilində idi. Hərbiçilər qarşısında ona heç nə demədim.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat, Müsavat Partiyasının başqanı Arif Hacılı öz sosial şəbəkə hesabında yazıb.

“Sonra məruzənin mətnini Azərbaycan dilində, rus əlifbası ilə yazıb ona verdim. Növbəti məruzələri dilimizdə, özü də indi olduğundan daha yaxşı edirdi”-deyən A. Hacılı bildirib ki, dil məsələsi də xeyli dərəcədə indiki konyukturaya bağlıdır. Adam tanıyıram ki, poliqlotdur, neçə dil bilir, amma vətəndaşı olduğu, yaşadığı ölkənin dilini ya bilmir, ya da xeyli təhrif olunmuş formada danışır:

“Bu, indi dəbdir. Dilimizi əla bilən bəziləri var ki, adətən rusca, dilimizdə isə rus ləhcəsi ilə danışır. Bunlar rusdilli olmağı intellektuallığın xüsusi göstəricisi hesab edən iqtidar sahiblərinin xoşuna gəlmək naminə edilir. Dəqiq məsələyə toxunulan bir yazı qarşıma çıxdı. Baş Qərargah Rəisi öz adı və soyadını da təhrif olunmuş formada təqribən Nacmidn Sadıkv kimi ifadə edir. Adını da unutmayıb ki? Sadəcə, məlum ləhcənin qabarıq nümayişi roluna o qədər girib ki, hətta öz adını tələffüz edərkən roldan çıxmağı unudub…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Qarabağımızda, işğal altında olan yurd yerlərimizdə növbəti və birdəfəlik ZƏFƏR, TARİX yazacılaq…”-JALƏ ƏLİYEVA

Read Next

“Nəticə göz önündədir, gücümüz artdıqca, hədəflərimiz genişləndikcə bizimlə hesablaşanların sayı da artmaqdadır”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir