Nədən çəkindiniz? Sosial şəbəkələrdən? – BAHAR MURADOVADAN QINAQ

Zamanında Heydər Əliyevi özlərinə qarşı güc kimi görənlər bu gün onun Azərbaycanı irəli aparan güc olduğunu dərk etməkdədirlər. Heydər Əliyevin böyüklüyü bunda idi.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova parlamentin Heydər Əliyevin 95 illiyinə həsr edilən xüsusi iclasında deyib.

meclis-oqtay-1

B. Muradova, həmçinin, təəssüfləndiyini vurğulayıb:

“Təəssüf edirəm ki, bu gün onlardan kimsə öz fikrini söyləmək istəmədi. Nədən çəkindiniz? Sosial şəbəkələrdən? Hesab edirəm ki, böyük şəxsiyyət haqqında özünü təkzib etmiş olduğun halda belə ürəkdən gələn sözləri söyləmək lazımdır. Bu, bizim vətəndaş birliyimizə çox böyük töhvə verən iş olardı.Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Ulu Öndər Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ulu Öndəri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevələrin ürəyində yaşayacaq.  Bir sözlə Onun dövlətə xalq, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər Ulu Öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli Lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycan rayonlarından birinə Heydər Əliyevin adı verilsin – AYDIN HÜSEYNOV

Read Next

Heydər Əliyevlə bağlı film alqışlarla qarşılandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir