Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nəqliyyat Agentliyi Bakı şəhərində tıxacların aradan qaldırılması üçün yeni taxsi duracaqları yaradır.
Etikxeber.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin 1 illiyi barədə məlumat verən agentliyin rəhbəri Vüsal Kərimli bildirib.
V. Kərimli deyib ki, taksi xidmətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də duracaqların yaradılması ilə bağlıdır:
“Aparılan işlər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumdan kənar ödənişlərin tələb edilməsi halları tamamiylə aradan qaldırılıb. Taksi xidmətinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də duracaqların yaradılması ilə bağlıdır. Bu məsələnin həlli şəhərin tıxac probleminin aradan qaldırılması baxımından da önəmlidir. Aparılan araşdırmalarla Bakı şəhərində ümumilikdə 160 taksi duracağı təsbit edilib. Artıq bu duracaqlardan 79-u invertarlaşdırılaraq sürücülərin ixtiyarına verilib. Digər duracaqlarla bağlı da iş davam etdirilir. Duracaqların invertarlaşdırılması zamanı əsas diqqət bu məntəqələrin yerləşdiyi ərazidə digər hərəkət iştirakçıları üçün maneə yaratmasıdır”.
Etikxeber.az