Nəriman Həsənzadə prezidentin “Valday” bəyanatına – “YAŞA SƏN!” ADLI ŞEİR HƏSR ETDİ

Xalq şairi Nəriman Həsənzadə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə şeir həsr edib.

Etikxeber.az-ın xəbərinə görə, parlamentin orqanı olan “Azərbaycan” qəzetində işıq üzü görən şeir “Yaşa sən!” adlanır.

Şeir ölkə prezidentinin Soçidə keçirilən “Valday” Diskussiya Klubunun plenar iclasının sessiyasında  səsləndirdiyi “Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatı üzərində köklənib.

NARIMANNN-1

Şeiri olduğu kimi, təqdim edirik:

Cənab Ali Baş Komandan, bu, tarixi kəlam oldu,

Şəhidlərin məzarına şanlı bir ehtiram oldu.

Azərbaycan nəfəs aldı, ürək bir az aram oldu,

Ulu Tanrım çox görməsin bu torpağa, daşa səni.

Kürsü – açıq səngəriydi, fəqət “nida işarəsi!”

Düz hədəfə gedib dəyən sonuncu bur top gülləsi.

Qulağımda Xan əminin bir Qarabağ zənguləsi,

Eşidirdi sən gəzdiyin Cıdır düzü, Şuşa səni!

Vətənimin şərəfini qoruyursan, qoru belə,

Vətən deyir: Vətən oğlu, düz belədir, doğru belə.

Canımızdan belə çıxır, çəkdiyimiz ağrı belə,

Yaşa sevən ürəklərdə, bu ürəklə yaşa səni.

Qoy ədalət zəfər çalsın, xeyir çıxsın qabağına,

Yaşlı yollar yolçususan, daş dəyməsin ayağına.

Biz and içdik bizim qalib Azərbaycan bayrağına,

Ucaltdığın bayraq kimi uca görək, uca səni.

Qanımızda, canımızda bir istiqlal nəğməsi var,

Qaçqınların, köçkünlərin fəryadı var, naləsi var.

Qarabağda düşmənlərin min qəsdi var, qərəzi var,

Mən tapşırdım bu tarixdə tarixi yaddaşa səni.

Yurdumuzu yağmalayan qaniçəndi, həramidi,

Nərə çəkib, qılınc çalmaq qəhrəmanlıq məramıdı.

Oğulların hünər yolu – Ataların davamıdı,

Zaman özü alqışlayır, mərd atanla qoşa səni.

Etikxeber.az

 

Read Previous

“Dözümlülük və ayrı-seçkiliyə yol verilməməsi vacibdir…” – MİLLƏT VƏKİLİ

Read Next

ABŞ Baxçalı ilə bağlı skandala imza atdı və İKİ DƏFƏ ÜZR İSTƏDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir