Nəşi 2 aydan sonra Əbədiyyətə uğurlanan, evin-ailənin tək və evli oğlu, bir övladı Vətənə əmanət qalan-MƏHƏMMƏD MƏMMƏDLİNİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin bu gün Anım Günüdür.

Onun Əbədiyyətə uğurlanmasından üç il ötür.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, qısa çıxışlar edilib.

Şəhidin ailəsinə-anası Mehriban Məmmədovaya Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdən sonra Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar oxunub.

Məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Mingəçevirli Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Məhəmməd Məmmədli 1994-cü ilin avqustun 21-də Mingəçevirdə sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki övlad, bir bacı-bir qardaş olublar.

Tək bacısı hazırda ailəli, iki övlad anasıdır.

Oğlan övladı qardaşının adını daşıyır-Məhəmməd, qızının adı isə Aylindir.

Bir neçə il öncə atalarını itiriblər.

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra Məhəmməd Mingəçevirdəki restoranlardan birində ofisiant işləyib.

Şəhidliyindən bir müddət öncə-2020-ci ildə isə ailə qurub.

2020-ci ilin sentyabr ayının 21-də səfərbərliyə cəlb olunub, İkinci Vətən Müharibəsinin ilk günündən də Talış-Suqovuşan istiqamətlərində döyüşüb.

Anası Mehriban xanımla axırıncı dəfə sentyabrın 30-da danışıb, sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Oktyabrın 2-də Suqovuşanda ağır döyüşlərdən birində Şəhid olub.

Ancaq 2 aydan sonra-dekabr ayının 1-də Şəhidliyi təsdiqlənib və elə həmin gün nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından sonra, 2021-ci ilin yanvarın 30-da isə  Fatimə adlı qız övladı dünyaya gəlib.

Eyni zamanda, Şəhidin bacısı oğluna Məhəmmədin adını verilib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Anası Mehriban xanım isə övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını və oxuduğu məktəbə Məhəmməd Məmmədlinin adının verilməsini istəyir.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sıxlıq və tıxac olan yollar-BAKIDA…

Read Next

Həm Bakılı, həm də Şabranlı İkinci Vətən Müharibəsi Şəhidi-VÜSAL HƏSƏNOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASININ ÜÇÜNCÜ İLİ İLƏ BAĞLI ANIM MƏRASİMİ KEÇİRİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir