Nəşi 2021-ci ilin 14 yanvar tarixində dəfn edilən-ailənin tək və yeganə övladı, ali təhsilli, peşəkar hərbçi, “Rəşadət” ordenli-HƏSƏNAĞA ABDULLAZADƏNİN ŞƏHİDLİYİNDƏN İKİ İL KEÇİR…- FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Lənkəranın ( həm də Bakının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Həsənağa Şakir oğlu Abdullazadənin Şəhidliyindən iki il ötür.

Düz iki il öncə-bu gün, 2 oktyabr 2020-ci il tarixində Vətən yolunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Etikxeber.az xəbər verir ki, Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü ilin mart ayının 9-da Lənkəran şəhərində sadə bir ailədə dünyaya gəlib.

O, ailənin tək və yeganə övladı olub…

1999-cu ildə Rövşən Bədəlov adına 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2007-ci ildə həmin orta məktəbin 8-ci sinfini yüksək qiymətlərlə bitirib…

Və həmin il öz istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin 1-ci kursuna daxil olub və 2010-cu ildə həmin məktəbi fərqlənmə ilə bitirib…

2010-cu ilin avqust ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və hələ tələbəykən 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi (1918-2013) “Yubiley medalı” ilə təltif olunub…

2014-cü ilin iyul ayında həmin məktəbi bitirib, Leytenant rütbəsi alıb…

2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin zabit təkmilləşdirmə kursuna daxil olub və 2015-ci ildə kursu fərqlənmə ilə bitirib…

Öz arzusu ilə Gədəbəyin ən ucqar zonası olan “Qoca Dağ”a, xidmətinə yollanıb və N saylı hərbi hissənin motoatıcı taqım komandiri vəzifəsinə göndərilib…

2015-2016-cı illərdə Gədəbəydəki N hərbi hissənin ön xəttində taqım komandiri vəzifəsində çalışıb, bir il sonra- 2017-ci ildə isə bölük komandiri vəzifəsinə təyin olunub…

Elə həmin-2017-ci ildə Baş leytenant hərbi rütbəsi verilib və bir il sonra daha bir medalla- 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley medalı” ilə təltif olunub…

Həsənağa bir çox sertifikat və Fəxri Fərmanlara layiq görülüb…

2018-ci ilin oktyabr ayında Göygöl rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifəsinə göndərilib…

Həsənağa Baş leytinant olmasına baxmayaraq, tarixi İkinci Vətən Müharibəsindən bir neçə ay əvvəl Müdafiə Nazirliyinin əmri ilə Göygöl rayonundakı N saylı hərbi hissədə taborun “Qərargah rəisi” vəzifəsinə təyin olunub…

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərdə olub…

 2 oktyabr tarixində Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Yalnız 112 gündən sonra Həsənağanın nəşini əldə etmək və ailəsinə təhvil vermək mümkün olub…

Nəşi 2021-ci ilin 14 yanvar tarixində İkinci Şəhidlər Xiyabanda dəfn edilib…

Şəhidliyindən sonra  “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

O, həm də ailəli olub…

 2019-cu ilin avqust ayının 17-də ailə həyatı qurub…

Ancaq övladı olmayıb.

***

Şəhidliyinin ikinci ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət himni səsləndirilib.

Məzarının ziyarətindən sonra isə Zabrat qəsəbəsində yerləşən “Nuray” şadlıq evində Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılib.

Mərasimdə bir daha Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “Quran” oxunub.

Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar olunub.

Valideynlərinə bir daha başsağlığı verilib, Allahdan səbr və dözüm arzulanıb.

Mərasimdə həmçinin, Şəhidə və cəmi Şəhidlərə həsr olunmuş mahnılar, İlahilər ifa edilib, səsləndirilib.

Məkanı cənnətlik, məzarı behiştlik etsin!

Nur içində yatsın!

Allah valideynlərinə səbr, dözüm versin!

12:20

***

FOTOLAR:

12:35

***

13:25

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Read Previous

Sonda Rusiya beynəlxalq birliyə qarşı mübarizəni uduzacaq-ZELENSKİ – LİMAN ŞƏHƏRİ RUSİYA İŞĞALINDAN AZAD EDİLDİ – YENİLƏNİB

Read Next

Daha 103 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir