Nəşi 24 gündən sonra tapılan, cəmi 6 ayın Əsgəri olan-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NİZAMİ OSMANOVUN BU GÜN 21 YAŞI TAMAM OLUR… – YENİLƏNİB – (2)

Bu gün Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nizami Elşad oğlu Osmanovun ad günüdür.

Nizami Osmanovun bu gün 21 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Nizami Osmanov 2002-ci ilin mart ayının 29-da Kürdəmir rayonunun Şahsevən kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri və evin böyük oğlu olub.

Nizami orta təhsilli idi.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin aprelində Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-6 ayın Əsgəri kimi döyüşlərə qatılıb.

Şərəfli döyüş yolu 18 gün çəkib.

Ailəsi-valideynləri ilə son danışığı oktyabrın 12-də olub.

Və 2 gün sonra-oktyabr ayının 14-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 24 gün sonra tapılıb və noyabr ayının 7-də Şahsevən kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra üç medalla təltif olunub.

Nizami Osmanov eyni zamanda, subay olub.

Şəhidliyindən bir müddət sonra isə Osman adlı qardaşı dünyaya gəlib.

Və anası Axirə Osmanova Azərbaycanın ən gənc Şəhid anasıdır.

Nizami Şəhidlik məqamına ucalan vaxt anasının cəmi 35 yaşı olub.

O, həm də Şahsevənin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında təhsil aldığı – Vahid Əhmədov adına Topalhəsənli kənd orta məktəbdinə tədbir keçirilib.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib, Nizami Osmanovun və cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından söz açılıb, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.

Kövrək, təsirli, duyğulu anlar yaşanıb.

Tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Bir saata yaxın davam edən tədbirdən sonra Şəhidin Şahsevən kənd qəbiristanlığındakı məzarı ziyarət edilib.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub.

Daha sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub.

Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı tədbirdə, məzarını ziyatətdə və ehsan süfrəsində Şəhidin ailəsi, yaxınları, Kürdəmirli və Bərdəli Şəhid ailələri, məktəblilər, ziyalılar, Kürdəmir rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:05

***

FOTOLAR:

13:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Güllələnmiş millət vəkilinin son durumu-AÇIQLANDI – YENİLƏNİB

Read Next

Daha 37 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir