Nəşi 28 gündən sonra Əbədiyyətə uğurlanan-HƏM ŞAMAXILI, HƏM DƏ BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN ELMAZ HACIYEVİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, SABAH 30 YAŞI TAMAM OLUR…

Həm Şamaxı rayonunun, həm də Bakı şəhərinin Xəzər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elmaz Elmar oğlu Hacıyevin doğum günüdür.

Elmaz Hacıyevin sabah 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü-yubiley doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elmaz Hacıyev 1994-cü ilin may ayının 9-da Şamaxı rayonunun  İkinci Çaylı kəndində olub.

Sonra ailəsi ilə birlikdə Bakının Binə qəsəbəsinə köçərək, orada yaşayıblar.

Ailədə 3 qardaş olublar.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb, 2018-ci ildə isə ailə həyatı qurub.

İki övladı-atasının adını verdiyi Elmarı və Yağmur adlı qız övladı dünyaya gəlib.

İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra Elmaz da döyüşlərə yollanıb.

Bir ay çəkən döyüş yolu isə uzun olub, Laçınacan şərəfli döyüş yolu keçib.

Bir ayının tamamında, noyabrın 4-də Laçın uğurunda döyüşlərdə əvvəlcə ayağından, sonra isə yaralı döyüş yoldaşına kömək edərkən başından yaralanıb və qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Lakin nəşini uzun müddət götürmək mümkün olmayıb.

Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

***

Cənnətdəki dördüncü doğum günü ilə ilə bağlı sabah səhər saatlarında Şəhidin Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.

Sonra Cənnnətdəki dördüncü doğum günü ilə bağlı mərasim düzənlənəcək, adına ehsan veriləcək, ruhuna bir daha dualar olunacaq.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Bakı, Şamaxı və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Füzuli şəhərində mənzillə təmin olunmağıma köməklik göstərməyinizi xahiş edirəm”-KEÇMİŞ XÜSUSİ TƏYİNATLI, 9 MEDALLI, İKİ ÖVLAD ATASI, QAZİ VASİF MƏMMƏDOV DÖVLƏT BAŞÇISINA MÜRACİƏT ETDİ

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir