Nəşi 35 gündən sonra Əbədiyyətə uğurlanan, ailənin 3 övladından biri olan-QƏBƏLƏLİ-BUMLU ŞƏHİD ADƏM HEYDƏROVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINI DAŞIYAN PARKIN İZDİHAMLI AÇILIŞI OLDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR

Hazırda Qəbələ rayonunda, Bum qəsəbəsindəyəm…

Qəbələnin, Bumun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, 2000-ci il-26 mart təvəllüdlü, ailənin 3 övladından biri, subay Adəm İkram oğlu Heydərovun ailəsində, ocağındayam…

Və qeyd edim ki, Şəhidimizin evində, ocağında ikinci dəfə oluram…

Bu gün Adəm Heydərovun Əbədiyyətə uğurlanmasının ikinci ili, Anım Günü idi…

Onun Əbədiyyətə uğurlanmasından iki il keçdi…

Tərtər-Ağdərə istiqamətində Şəhidlik məqamına ucalan, ancaq nəşi 35 gün sonra əldə edilən Adəm Heydərov düz iki il öncə-bu gün, 17 noyabt tarixində doğulub boya-başa çatdığı Bum qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb…

Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib…

Sonra Bum qəsəbəsində adını daşıyan parkın açılışı olub…

Parkın bütün maliyyə xərclərini Şəhidin ailəsi, atası çəkib və demək olar ki, park Heydərovlar ailəsinin zəhməti hesabına başa gəlib…

Parkın izdihamlı açılışında Şəhidin ailə üzvləri-valideynləri, qardaşı, bacısı, qohumları, qəsəbə sakinləri, Qəbələli, Oğuzlu, Yevlaxlı, Göyçaylı Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, Qəbələ rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri və başqa şəxslər iştirak ediblər…

Açılışda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib…

Şəhidin bir daha ruhuna dualar edilib, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, çıxışlar edilib…

Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb…

Açılışda çıxış edən ailə üzvləri-valideynləri də ziyarət və mərasim iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər…

Sonra Şəhidin ailəsin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb…

Bir daha ruhuna dualar olunub…

***

Mən də öz növbəmdə Şəhidin ailəsinə bir daha Allahdan səbr və dözüm dilədim, “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Şəhid Adəm Heydərov da daxil olmaqla, Şəhidlərimizə daim borclu olduğumu, olduğumuzu dilə gətirdim…

Eyni zamanda, Şəhidin ailə üzvləri, yaxınları ilə məzarını və adını daşıyan möhtəşəm parkı ziyarət etdim…

Ruhu şad olsun, məzarı Nurla dolsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun hərbçisi meninqo-ensefalitdən-VƏFAT ETDİ

Read Next

Dayısı oğlu İkinci Vətən Müharibəsində Şəhid, özü isə Qazi olan-QƏBƏLƏLİ, ALİ TƏHSİLLİ, İDMANÇI, İKİNCİ QRUP QARABAĞ ƏLİLİ ZAUR İSRAFİLOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir