Nəşi 56 gündən sonra tapılan, evin tək və subay oğlu, ali təhsilli, 25 yaşında Şəhid olan İLKİN AĞAKİŞİYEVİN ANIM GÜNÜ-MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək və subay oğlu, ali təhsilli İlkin Elxan oğlu Ağakişiyevin Anım Gümüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 27 noyabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, İlkin Ağakişiyev 1995-ci ilin sentyabr ayının 17-də Mingəçevir şəhərində anadan olub.

Mingəçevir şəhər 10 saylı məktəbin məzunu olub.

Musiqi təhsilini isə Mingəçevir  Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbində alıb.

2013-2017-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ali təhsil alıb.

2017-2018-ci illərdə Ordu sıralarında xidmət edib, Vətənin keşiyini çəkib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub, Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib və oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ailəsinə yalınız 56 gündən sonra Şəhidliyi xəbəri gəlib.

Və nəşi noyabrın 27-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra medallarla təltif olunub.

Aildə iki uşaq, bir bacı, bir qardaş olublar.

İlkin həm də subay olub.

***

Bu gün Anım Günü ilə Şəhid İlkin Ağakişiyevin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Sonra “Arzu” şadlıq sarayında Şəhidin Anım Günü ilə bağlı mərasim keçiriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək.

Ziyarət və mərasimdə Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları və başqa şəxslər iştirak edəcəklər.

Nur içində yatsın, məkanı cənnətlik, Cənnətdəki ilk ad günü mübarək olsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

08:27

***

Səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin anası Reyhanə xanım, bacısı Aytac xanım, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anları, Qazilər, hərbçilər, din xadimləri, şəhər sakinləri və başqa şəxslər iştirak ediblər.

Məzarı üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb, Şəhidin ruhuna dualar oxunub.

Bir saat davam edən ziyarətdən sonra “Arzu” şadlıq sarayında Şəhidin anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar edilib.

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

MƏZARININ ZİYARƏTİ…ŞƏHİD ANALARI…

ŞƏHİDİN QOHUMU…BƏRDƏLİ ŞƏHİD ANASI…TƏRLAN ANA…

ŞƏHİD ATASI…KAMRAN ATA…

ANALAR YANAR, AĞLAR…

VƏ ANIM MƏRASİMİ…

11:55

***

ŞƏHİD AİLƏLƏRİ…ŞƏHİD ANALARI, ŞƏHİD ATALARI, ŞƏHİD XANIMLARI…QƏHRƏMAN AİLƏLƏR, QƏHRƏMAN ANALAR, QƏHRƏMAN ATALAR, QƏHRƏMAN XANIMLAR…QAZİLƏRİMİZ, İGİDLƏRİMİZ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Laçın uğrunda döyüşlərdə Şəhid olan ailənin 3 övladından biri, 5 medallı Taleh Yusifovun-ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Üçtərəfli görüş həm də reallığı qəbul etməkdən imtina edən və regional iqtisadi və infrastruktur layihələrdə iştiraka cəsarət etməyən Ermənistan rəhbərliyinin zəifliyini göstərdi…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir