Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Sərdar oğlu Həsrətovun Anım Günüdür.
Bu gün Elməddin Həsrətovun Əbədiyyətə uğurlanmasından iki il keçir.
Nəşi təxminən 9 aydan sonra tapılan Elməddin Həsrətov 2021-ci ilin iyun ayının 27-də Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Etikxeber.az xəbər verir ki, Elməddin Həsrətov 1997-ci ilin may ayının 21-də Qarasuçu kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.
Atalarını illər öncə-2013-cü ildə itiriblər.
Anaları Simuzər xanım o vaxtdan onlara həm analıq, həm də atalıq edib.
Tək bacıları hazırda ailəlidir.
Elməddin orta məktəbi bitirdikdən bir müddət sonra Əsgərliyə yollanıb.
Əsgərlikdən qayıtdıqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
Atasının vəfatından sonra ailənin yeganə qazanc gətirəni Elməddin olub.
O, İkinci Vətən Müharibəsində də MAXE kimi iştirak edib.
Və müharibənin ilk günlərində (məlumatlara görə oktyabrın 2-də) Murovdağ istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi təxminən 9 aydan sonra əldə edilib və 2021-ci ilin 27 iyun tarixində dəfn edilib.
Şəhidliyindən sonra medallarla təltif olunub.
O, həm də subay olub.
***
Anın Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Məktəblilər tərəfindən məzarı başında şeirlər səsləndirilib, qısa çıxışlar edilib.
Sonra ailəsinin yaşadığı evdə-ata ocağında Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar oxunub, bir daha Allahdan ailəsinə səbr arzulanıb.

Eyni zamanda, Şəhidin anası Simuzər xanıma (Simuzər Şamil qızı Mustafayevaya) “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.
Medal və vəsiqəni Şəhid anasına jurnalist Kamil Həmzəoğlu təqdim edib.
Şəhidin anası da “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya öz minnətdarlığını ifadə edib.
Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, doğmaları, kənd sakinləri, Şəhid ailələri, məktəblilər, müəllimlər, İcra başçısının birinci müavini Seymur Nazarov başda olmaqla, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!



14:09
***
FOTOLAR:
















16:30
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az