Nəsiminin nəşi Azərbaycana gətirilsin – TAHİR KƏRİMLİ

Nazirlər Kabinetinə təklif edirəm ki, Ağsuda dəymiş ziyanın qarşısını almaq üçün çayın kənarı 2 km uzunluğundan bəndləşdirilsin. Bu, həm şəhərimizi gözəlləşdirər, həm də təsərrüfat həyatımızı yaxşılaşdırar.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı  millət vəkili Tahir Kərimli bildirib.

tahir-karimli

“Son 10 ildə Ağsu çayı ətrafında cəmi 200 metr-lik bənd salınıb”-deyən, millət vəkilinin dediyinə görə, hər dəfə bu çay daşanda onun fəsadlarının aradan qaldırılması üçün xeyli vəsait sərf olunur:

“Ona görə Nazirlər Kabinetinə təklif edirəm ki, Ağsuda dəymiş ziyanın qarşısını almaq üçün çayın kənarı 2 km uzunluğundan bəndləşdirilsin. Bu, həm şəhərimizi gözəlləşdirər, həm də təsərrüfat həyatımızı yaxşılaşdırar. Mən indiki vəziyyətdə cürət edib Ağsu çayı qarşısında süni göl yaratmağı demirəm. Bununla Kürdəmirə qədər suvarma işlərini təmin etmək, balıqçılığı inkişaf etdirmək, elektrik stansiyası tikmək olar və s. Bunlar çox vəsait tələb edir. Amma bəndatma işlərini həyata keçirmək olar”.

Millət vəkili eyni zamanda, dahi Azərbaycan şairi Nəsiminin nəşinin Azərbaycana gətirilməsi təklifi ilə çıxış edib:

“Mən özüm iki dəfə Hələb şəhərində Nəsiminin məzarını ziyarət etmişəm. Ona görə hesab edirəm ki, artıq Nəsiminin nəşi Azərbaycana gətirilməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İlham Əliyev Yeni Zelandiyanın baş nazirinə başsağlığı verdi…

Read Next

İnkişafın, tərəqqinin əksini tapdığı hesabat – MİLLƏT VƏKİLİ BELƏ DƏYƏRLƏNDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir