“Nəzarət mexanimləri olmalıdır ki…” – RAFAEL HÜSEYNOV

Uşaqların internetdəki zərərli informasiyalardan qorunması üçün nəzarət mexanizmləri olmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov deyib.

Komitə sədrinin sözlərinə görə, televiziyalarda uşaqların zərərli informasiyalardan qorunması tənzimlənir:

“Amma qanunla qoruya bilmədiyimiz ayrı şəbəkə – internet də var. İnternetdəki mənfi informasiyalar uşaqların psixikasını pozur, onlarda zərərli vərdişlər yaradır. İnformasiya, söz azadlığı olsun, amma ona nəzarət mexanizmi də olmalıdır. İnternet vasitəsilə cəmiyyətə böyük faydalar vermək də olur, amma digər tərəfdən onun təhlükələri də var. Bu istiqamətdə çox düşünmək lazımdır. Demirəm ki, ciddi nəzarət mexanimləri olsun. Amma nəzarət mexanimləri olmalıdır ki, onun hesabına ən azından uşaqları qorumaq mümkün olsun”.

Komitə sədri sonra deyib ki, mövcud mədəniyyət evləri şəbəkəsinin tamamilə yeni səviyyədə qurulması məsələsi qaldırılmalıdır.

R.Hüseynovun eyni zamanda dediyinə görə, dünyada kino yaranandan bir necə il sonra Azərbaycanın ilk filmləri olub:

raf-rafa

“İlk filmlərimiz neftlə bağlı olub. Neft ölkəsində kinonun inkişafına diqqət artırılmalıdır. Ən müxtəlif sahələrdə filmlərə ehtiyacımız var, amma uşaq filmləri xüsusi qeyd edilməlidir”.

Komitə sədri əlavə edib ki, “Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi tam hazırdır.

MM-in payız sessiyasında bu qanun layihəsinin plenar müzakirəyə çıxarılması baş tuta bilər.

 R.Hüseynovun sözlərinə görə, “Yazılı abidələr haqqında” qanun layihəsinin də ilkin variantı hazırdır.

Digər tərəfdən, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi hazır olsa da, orada iki müddəa ilə bağlı fikir ayrılığı var. Həmin məsələlər həllini tapandan sonra onun da müzakirəyə təqdim edilməsi mümkündür.

Qeyd edək ki, Mədəniyyət komitəsinin  iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra dəyişiklik layihələri parlamentin payız sessiyasınınn plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Lisenziyalar və icazələr haqqında” qanuna hansı dəyişiklik edilir?

Read Next

“Bunun analoqu yoxdur…” – İSA HƏBİBBƏYLİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir