“Nə edəcəyik? Barışacağıqmı?! Barışmamalıyıq!!!”-GÜLTƏKİN HACIBƏYLİ YAZDI

Aprelin 14-də işğalçı Ermənistanın separat uzantısı olan qondarma “Dağlıq Qarabağ Respublikasında” prezident seçkiləri keçirildi və ikinci turun nəticələrinə görə “DQR-ın sabiq baş naziri” Araik Harutyunyan qalib gəldi.

Azərbaycan cəmiyyəti də, Azərbaycan hakimiyyəti də, elə müxalifət olaraq biz də, bu hadisəyə adekvat reaksiya verə bilmədik. Çünki reaksiyamız korşalıb.

Bir işğal 27 il davam edirsə, ona qarşı etiraz refleksləri də zaman keçdikcə zəifləyir, ona qarşı dözümlülük, tolerantlıq, ictimai-siyasi immunitet yaranır.

Ermənilərin istədiyi də elə budur. Bizi Qarabağın itkisi ilə barışdırmaq. Bizi Qarabağın yoxluğuna alışdırmaq…

…Sevgili millətim, uca xalqım!

Yəqin Nikol Paşinyanın Qarabağımızı, Şuşamızı su yoluna göndərməsindən xəbərsiz deyilsən.

10 gün öncə, Paşinyan Şuşamızın işğalı günü Qarabağda Qələbə paradı keçirmişdi.

Həyat yoldaşı Anna Akopyan da hərbi geyimdə “Bir qadın kimi döyüşə hazıram” bəyanatını vermişdi.

Yenə gəlirlər.

21 May tarixində qondarma qurumun qondarma prezidentinin inauqurasiyasını da Şuşada keçirəcəklər.

Bununla da “nəinki Qarabağdan, Xankəndindən, hətta Şuşadan da əlinizi çəkin, Şuşa bizimdir” mesajını beyinlərə, düşüncələrə birdəfəlik həkk etmək istəyirlər.

Nə edəcəyik? Barışacağıqmı?!

Barışmamalıyıq, bu fikri beynimizə, ruhumuza, düşüncələrimizə yaxın belə buraxmamalıyıq.

Öncə Azərbaycanımızın 80 faizini, sonra 20 faizini azad etməliyik.

Şərəfimiz, ləyaqətimiz, milli qürurumuz, mənliyimiz keçmişimiz və gələcəyimiz qarşısında məsuliyyət hissimiz varsa, etməliyik və edəcəyik!

Gültəkin HACIBƏYLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

Külək davam edəcək, bəzi yerlərdə dolu düşəcək-SABAH

Read Next

“Gəlin bu adət və vərdişlərimizdən uzaq duraq, heç olmasa, yaxşı günlərə qədər…”-MAYİS SƏFƏRLİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir