Nə edək ki, bizim zərərlər işləyən banklarımız olmasın? – ZİYAD SƏMƏDZADƏ

Maliyyə Bazarlarına Nəzarət Palatası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası “Kapital bazarları vasitəsilə maliyyələşməmə, listinq və investisiyalar” adlı tədbir keçirib.

Etikxeber.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qlobal layihələrdə iştirak edən Azərbaycan iqtisadiyyatına son 15 ildə 230 mlrd. dollar investisiya qoyulub:

“Ölkədə makro-iqtisadi sabitlik təmin olmasaydı, heç kim ölkəmizə bu qədər investisiya qoymazdı. Dünyada çox nadir ölkələr var ki, onlar 2050-ci ilə öz inkişaf planını hazırlayıb. Azərbaycan da həmin ölkələrdən biridir. Ölkənin maliyyə siyasəti onun milli maraqlarına cavab verir”.

O, bildirib ki, Azərbaycanda güclü sahibkarlar təbəqəsi yaranıb.

“Bu sahibkarların əməyi nəticəsində ölkənin ÜDM-nin 80%-i özəl sektorda cəmləşib. Sahibkarlar maliyyə çıxışlarını, resurslarını yaxşılaşdırmaq istəyirlər. Bunu etmək üçün sahibkarlar banklarla, sığorta şirkətləri ilə əlaqələrini genişləndirməlidirlər. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verməlidir. Azərbaycanda uzun illər düşünülmüş pul-kredit siyasəti aparılıb. Bu da ölkənin milli maraqlarına cavab verir. Maliyyə bazarlarında bankların fəaliyyətində də canlanma var. Nə edək ki, bizim zərərlər işləyən banklarımız olmasın? Banklara inamı daha da artırmaq lazımdır”, – deyə Z.Səmədzadə vurğulayıb.

Etikxeber.az

Read Previous

PREZİDENTİN ÖMRÜ ŞƏKƏR DEYİL… – Deputat yazır

Read Next

“Azərbaycan həmin ərazilərdə konvensiyaları icra edə bilmir…” – AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir