“Nə mənim, nə heç bir vətəndaşımızın ixtiyarı yoxdur ki…” – MİLLƏT VƏKİLİ ÇAĞIRIŞ ETDİ

Baş nazir Əli Əsədov dövlət qurumlarının rəhbərlərinə məktub göndərərək vətəndaşların qəbulu ilə əlaqədar bir sıra qaydalar müəyyən edib. Yeni qaydalara əsasən qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb, yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılıb, qərara alınıb ki, vətəndaşların müraciətləri yalnız elektron və telefon vasitəsilə qəbul edilsin. Bu gün Parlament rəhbərliyi də analoji çağırış etdi, komitələrin iclasları təxirə salındı. Habelə Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edərək qeyd edilən qaydaların pozulmasına görə sanksiyaları sərtləşdirdik.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Bilirsiniz ki, bu həftə rayona gəlməli idim. Lakin yuxarıda qeyd etdiyim səbəblərdən Nazirlər Kabinetinin yanında Operativ Qərargahın icazəsinə qədər görüşlərimizi təxirə salmalıyıq. Yəni, nə mənim, nə heç bir vətəndaşımızın ixtiyarımız yoxdur ki, bu qaydaları pozaq. Lakin hamızın bilirsiz ki, “Facebook”-da aktivəm, habelə telefonlarım da daim açıqdır.

Ona görə də sözü olan, şikayəti olan hər kəs “Facebook” üzərindən müraciət edə, habelə zəng vura bilər. Yəni mənim əlçatanlığımla bağlı problem yoxdur ola da bilməz. Hər birinizdən xahiş edirəm, bu çətin günlərdə birlik nümayiş etdirək, səbrli təmkinli olaq, qaydalara ciddi əməl edərək bu müvəqqəti çətinlik dövründə özümüzü, ailəmizi, yaxınlarımızı riskə atmayaq, eyni zamanda da işimizi də axsatmayaq.

Əziz həmvətənlərimiz, fürsətdən yararlanaraq ilaxır çərşənbənizi təbrik edir, hər bir soydaşımıza, başda dövlətimizin rəhbəri və onun ailəsi olmaqla hər bir azərbaycan ailəsinə ruzi, bərəkət, firavan, sağlam həyat arzu edirəm! Allah Azərbaycanımızı qorusun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Kürdəmir-Zərdab yolunun çəkilişi ilə bağlı yaranan narahatlığa aydınlıq gətirmək üçün…” – JALƏ ƏLİYEA KİMLƏRLƏ DANIŞDI?

Read Next

“Avro-2020”yə vəsiqə uğrunda play-off oyunları iyunda-KEÇİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir