“Nə onda, nə də qonşu otaqlarda qalanlarda koronavirus aşkar edilib…”-DEPUTAT

Təqribən on gün əvvəl sosial şəbəkədə mənə bir nəfər müraciət etdi. Xaricdən gələndən dərhal sonra iki həftəlik karantinə aldındığını bildirdi. Bir məsələ onu maraqlandırırdı. Məsələni aydınlaşdırandan sonra ona cavab verdim. Həmin gündən vaxtaşırı ona vatsapla zəng edirəm, vəziyyətini soruşuram, saxlanma şəraiti ilə maraqlanıram. Hotel tipli binada qalırlar, tez-tez yataq dəstləri dəyişdirilir, normal yemək verilir. Hələ ki, nə onda, nə də qonşu otaqlarda qalanlarda koronavirus aşkar edilib.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

Millət vəkili bildirib ki, onlar tam izolyasiyadadırlar, tibb və xidmət personalının münasibətləri yaxşıdır.

“Gündəlik olaraq Mingəçevirin İcra Hakimiyyəti başçısı, şəhər polis rəisi, idarə rəisləri, sadə Mingəçevir sakinləri ilə telefon danışığım olur. Şəhərdə sakitlikdir, insanlar xüsusi karantin rejiminin tələblərinə əməl edirlər. Şəhər vaxtaşırı dezinfeksiya olunur, xususi qayğıya ehtiyacı olan insanlar diqqətə alınır…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Koronavirusun iqtisadiyyatın bir çox sahələrini iflic vəziyyətinə gətirdiyi bu günlərdəsosial və humanitar yükün bir hissəsini də imkanı çatanlar öz üzərlərinə götürməlidir”-MİLLƏT VƏKİLİNDƏN ÇAĞIRIŞ

Read Next

Koronavirus Azərbaycanda daha-İKİ CAN ALDI, ÖLƏNLƏRİN SAYI 7-YƏ ÇATDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir