“Nə qədər ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov, Maliyyə naziri Samir Şərifov öz kreslolarında əyləşiblər və özlərini baş verənlərdən xəbərsiz kimi aparırlar…”-ASLAN İSMAYILOV

Bəllidir ki, hakimiyyətin koronavirusla bağlı sərt tədbirləri vacibdir. Ancaq bunun insanlar tərəfindən qəbul edilməsi üçün bu sərt tədbirlər güzəşt olmadan hamıya şamil olunmalıdır.Son 10 ili bir çox banklar bağlanıb və çoxları öz halal pulunu bu günə qədər də ala bilmir. Nə üçün həmin bank sahiblərinə qarşı həmin sərt tədbirlər görülmür? Axı, hamı bilir ki, o pullar buxarlanmayıb, bank sahibləri tərəfindən mənimsənilib, həmin pullara ölkə daxilində və xaricində mülklər alınıb. Elə bu günün özündə həmin bankirlər o villalarda yaşayır və bahalı maşınlarda şütüyürlər.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib.

Qeyd edib ki, həmin banklara nəzarəti həyata keçirən, vətəndaşların halal pullarının mənimsənilməsinin qarşısını almalı olan Mərkəzi Bankın sədri Elman Rüstəmovun elə özünün dövlətə 1 milyarda yaxın borcu var.

“Bu borc barədə mətbuatda məlumatlar getdi, ancaq heç kim tərəfindən aydınlıq gətirilmədi…Hesab edirdim ki, Beynəlxalq Bank soyğunçuluğundan sonra belə halların qarşısı alınacaq. Ancaq görünən odur ki, nə qədər ki, bu sahəyə birbaşa cavabdeh olanlar Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov, Maliyyə naziri Samir Şərifov öz kreslolarında əyləşiblər və özlərini baş verənlərdən sanki xəbərsiz kimi aparırlar, bu soyğunçuluq davam edəcək”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dövlət qadın siyasətinin nəticəsidir ki, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevadır, VI çağırış Milli Məclisə də Sahibə Qafarova sədr seçilib”-JALƏ ƏLİYEVA DAHA NƏLƏRİ MEKSİKALI HƏMKARININ DİQQƏTİNƏ ÇATDIRDI? – FOTOLAR

Read Next

“BMT BA-nın 31-ci xüsusi sessiyası 10 iyulda çağırılacaq”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir