“Nə yaxşı ki…”-KAMİLƏ ƏLİYEVA

15 iyun Azərbaycanın Milli Qurtuluş günü münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu tarixi yaradan Azərbaycan xalqının böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev oldu. Böyük şəxsiyyət müstəqil Azərbaycanın yeni tarixini yazdı, yeni mərhələsini, yeni inkişaf, quruculuq dönəmini başladı. Bu gün dünyada müstəqil, demokratik, modern və model bir Azərbaycan var.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva deyib.

Qeyd edib ki, bu Azərbaycanın yaradıcısı və qurucusu işə 15 iyun 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycanı nura, aydınlığa qərb edən Heydər Əliyevdir.

“Bu əlamətdar gündə böyük şəxsiyyəti hörmət, ehtiram və minnətdarlıqla yad edir, anır və deyirik ki, nə yaxşı ki, Azərbaycanımız var, nə yaxşı ki, Heydər Əliyevin layigli davamçısı möhtərəm Prezidentimiz Ilham Əliyev var. ALLAH Heydər Əliyevin ruhunu şad etsin, müstəqil Azərbaycanımızı və dövlət rəhbərimizi qorusun!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bir dəfə Birinci katib, bir dəfə Nazirlər Soveti sədrinin birinci müavini, bir dəfə isə Prezident kimi rayonumuza gəlmişdi…”-DEPUTAT – FOTOLAR

Read Next

Bəhram Bağırzadənin son durumu-AÇIQLANDI- YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir