“Nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib…”-BƏRDƏNİN İCRA BAŞÇISI

Ötən gün gecə saatlarında bəzi xəbər saytlarında Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turalın ölkədəki pandemiya şəraitinin əleyhinə olaraq toy mərasimi təşkil etməsi barədə xəbər yayılıb. 

Etikxeber.az bildirir ki, Moderator.az-ın əməkdaşı yayılan xəbərin nə dərəcədə həqiqiəti əks etdirib-etdirimədiyini öyrənmək üçün bu dəqiqələrdə rayonun icra hakimiyyətinin başçısı Vidadi İsayevlə əlaqə saxlayıb.

V. İsayev xəbərin həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirib:

“Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər “zaks”a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər”.

Etikxeber.az

Read Previous

“Hərbçilərimizdəki ruh yüksəkliyi və qələbə əzminin çox yüksək olması bizi sözün əsl mənasında qürurlandırdı”- BƏHRUZ MƏHƏRRƏMOV – MİLLƏT VƏKİLLƏRİ YARALI HƏRBÇİLƏRİMİZƏ BAŞ ÇƏKDİLƏR

Read Next

Prezidentin köməkçisi “Aljazeera” kanalında Paşinyanın sabiq müşaviri ilə-DEBATA ÇIXDI – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir