Nəşi 4 ay yarımdan sonra torpağa tapşırılan-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU BƏXTİYAR ASLANOVUN ANIM GÜNÜ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Naftalanın (həm də Şuşa və Goranboyun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Bəxtiyar Aslanovun Anım Günüdür.

Bəxtiyar Aslanovun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Düz bir il öncə-bu gün, 13 fevral 2021-ci il tarixində Bəxtiyar Aslanov Goranboy rayonunun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığında dəfn olunub.

Etikxeber.az-ın xəbərinə görə, 1998-ci il 28 dekabr təvəllüdlü, evin-ailənin iki övladından biri, tək oğul Bəxtiyar Aslanov İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub.

Ancaq Bəxtiyar Aslanovdan müharibənin elə ilk günlərindən xəbər almaq mümkün olmayıb.

Axırıncı dəfə anası-musiqi müəllimi Tünzalə Zöhrabova ilə danışıb, ondan sonra-sentyabrın sonlarından Bəxtiyardan heç bir xəbər çıxmayıb.

Bəxtiyarın Şəhidliyi dörd ay yarım sonra təsdiqlənib və nəşi 2021-ci ilin 13 fevral tarixində, səhər saatlarında doğulub boya-başa çatdığı Naftalana şəhərinə gətirilib.

Ancaq anasının arzusu ilə Naftalanda deyil, Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Bəxtiyar həm də subay olub.

09:00

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bəxtiyar Aslanovun Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Bir saatdan çox davam edən ziyarətdə Şəhidin anası Tünzalə xanım və tək bacısı, qohumları, Naftalan və Qızılhacılı sakinləri, Naftalandan, Goranboydan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, müəllimlər və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib.

Ziyarətdə Naftalan və Şuşa şəhər icra hakimiyyətlərinin məsul şəxsləri də iştirak ediblər.

Ziyarətdən sonra Naftalanda yerləşən mərasim evində Şəhidin anım mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha Bəxtiyar Aslanovun və cəmi Şəhidlərin ruhlarına dualar oxunub.

Eyni zamanda, Bəxtiyar Aslanovun anasına, yaxınlarına bir daha başsağlığı verilib, onlara Allahdan səbr arzulanıb.

Mərasim iki saata yaxın davam edib.

13:48

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

MƏZARINI ZİYARƏT…

***

ŞƏHİD ANALARI…QƏHRƏMAN ANALAR…ŞƏHİD YAXINLARI…

ANA, ANALAR YANAR AĞLAR…

ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN AİLƏLƏR…QAZİLƏR…VƏTƏN SEVDALILARI…

15:15

***

VƏ ANIM MƏRASİMİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tanışını bıçaqlayan və polisə silahlı müqavimət göstərən-ŞƏXS ZƏRƏRSİZLƏŞDİRİLDİ…

Read Next

Məmur laqeydliyinin acı sonucu və tablosu: İKİ ÖVLAD ATASI, 4 MEDALLI SƏRDAR HƏSƏNOV ÖZÜNÜ YANDIRDI, VƏZİYYƏTİ HƏLƏ DƏ AĞIR OLARAQ QALMAQDADIR…VƏ BU OLAY MƏMURLARA DƏRS OLACAQMI, YÜKSƏK ÇİNLİLƏR BUNDAN NƏTİCƏ ÇIXARACAQLARMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir