Nəşi 8 ay 10 gündən sonra Əbədiyyətə uğurlanan-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏKBƏR MƏSİMOVUN BU GÜN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB – (1)

Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əkbər Yunus oğlu Məsimovun Anım günüdür.

Əkbər Məsimovun bu gün Əbədiyyətə uğurlanmasından 2 il keçir.

İki il öncə-bu gün, 7 iyun 2021-ci il tarixində Əkbər Məsimovun nəşi doğulub boya-başa çatdığı Qaradeyin kənd qəbiristanlığında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, Əkbər Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə üç uşaq-bir bacı, iki qardaş olublar.

İllər öncə atasını-atalarını itiriblər.

O, 2001-ci ildə Vidadi Əzizov adına tam orta məktəbin birinci sinfinə gedib və 2012-ci ildə həmin məktəbi bitirib.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-ci ildə hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə qulluq edib.

2016-cı ildə Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb və yenidən həyatını, taleyini Ordu, hərb ilə bağlayıb.

2017-ci ildən Orduda MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

MAXE kimi də dəfələrlə fəxri fərmanlar, tərifnamələrlə mükafatlandırılıb.

2020-ci ilin İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərdə olub və müharibənin elə günündə, 27 sentyabr tarixində də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq ailəsi uzun müddət ondan xəbər ala bilməyib, Şəhidliyi xəbəri çox sonralar ailəsinə deyilib.

Nəşi düz 8 ay 7 gündən sonra, 2021-ci ilin iyun ayının 4-də tapılıb və bu haqda həmin gün ailəsinə xəbər verilib.

İyunun 7-də isə nəşi Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Əkbər həm də nişanlı olub.

2021-ci ilin oktyabr ayının 5-də, Cənnətdəki ilk doğum günündə isə Qaradeyin kəndində adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

***

Bu gün Şəhidin Anım günü ilə bağlı Qaradeyin kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin ocağında, ailəsinin yaşadığı evdə Anım günü ilə bağlı mərasim düzənlənib, bir daha ruhuna dualar olunub.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Ağdaşdan, Gəncədən və Goranboydan olan Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:20

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycanla Ermənistan sülhün astanasındadır”-CEYHUN BAYRAMOV

Read Next

Cəmi bir neçə ayın içində hər iki oğlunu itirən Behbudovlar ailəsinin Şəhid övladı-NOFƏL BEHBUDOVUN BU CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, 22 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir