Nəsillər arasında əlaqənin qırılması elm üçün böyük təhlükədir – AKADEMİK – BAXIŞ BUCAĞI

Elmlər Akademiyası dövlətimiz üçün strateji əhəmiyyətli qurumdur

Milli Məclisin plenar iclasının  müzakirəsinə təqdim edilmiş ildən ilə təkmilləşən büdcə zərfinin hazırlanmasında zəhməti keçən hər kəsə, başda hörmətli Samir müəllim Şərifov olmaqla təşəkkürümü bildirmək istərdim.

Ümumiyyətlə Azərbaycanın maliyyə sistemi çox dəqiq, sərrast qurulub, saat mexanizmi kimi işləyir, yerində durmur, daim inkişaf edir, dünyada mövcud təcrübəni daim izləyir, müsbət meylləri dərhal mənimsəyirlər.

2019-cu ilin büdcəsi sosial yönümlü, investisiya yönümlü olaraq ölkəmizin və xalqımızın yeni mərhələdə hərtərəfli inkişafını təmin edəcək. Büdcənin gəlirləri 22 mlrd. 917 milyon 500 min manat, xərcləri isə 24 mlrd.780 milyon 100 min manat məbləğində müəyyənləşlirilmişdir.

Ölkənin 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri də ətraflı verilmişdir və kifayət qədər reallığa əsaslanır.

Mən sosial sahəni xüsusi qeyd etmək istəyirəm:

– İnsan kapitalının inkişaf etdirilməsi, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi, sosial yönümlü siyasətin davamlılığının təmin edilməsi buraya daxildir: Sosial müdafiə və sosial təminat, Məşğulluq, Təhsil, Səhiyyə, Əhali sakinliyi və demoqrafiya, əmək miqrasiyası, gənclər siyasəti, idman, mədəniyyət, Ailə, qadın, uşaq, qaçqınlar və məcburi köçkünlər üzrə dövlət siyasəti və s.

Mən konkret elm haqqında danışacam:

Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manat və ya 4,2 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

2019-cu ildə elm xərcləri üzrə proqram və tədbirlərin həyata keçirilməsi üçün 1,3 milyon manat vəsait nəzərdə tutulmuşdur.

GEVHAR-2

Konkret Elmlər Akademiyası üçün 88 mln. 670 min 98 AZN nəzərdə tutulub.

Elmin inkişafının əsas istiqamətlərinə aşağıdakılar daxildir:

– Elm sahəsində dövlət siyasətinin əsas istiqamətləri elmi-texniki potensialın qorunub saxlanılmasından, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun yüksəldilməsinə, elmlə sahibkarlıq subyektlərinin əlaqələrinin qurulmasına nail olmaq üçün məqsədyönlü  tədbirlərin həyata keçirilməsi.

– Elmi-tədqiqat müəssisələrində və ali təhsil məktəblərində aparılan fundamental tədqiqatların səmərəliliyinin artırılması, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, Azərbaycanda elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin əlaqələndirməsi üzrə işin gücləndirilməsi və alimlərinin yaradıcılıq potensialının tam reallaşdırılması üçün şəraitin yaradılması.

– Bu məqsədlərə nail olmaq üçün aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

– informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemləri, yeni nəsil nəzarət və idarəetmə sistemlərinin yaradılmasının nəzəri əsaslarının işlənilməsi;

– dünya iqtisadiyyatında Azərbaycanın yeri və dünya iqtisadi birliyinə inteqrasiyasının özünəməxsusluqlarının araşdırılması;

– mədəni, iqtisadi və arxeoloji elmi irsin qorunması və tədqiqinin aşkarlanması, sistemləşdirilməsi, elmi təsviri, bərpası və konservasiyası;

– fundamental əsasda sosial yönümlü texnologiyaların surətli inkişafını təmin edəcək elmi-texnoloji nəticələrin hazırlanması və həyata keçirilməsi mexanizminin yenidən qurulması;

– elmin mühüm nəticələrinin ölkənin sosial-iqtisadi və mədəni inkişafında daha geniş istifadə edilməsi məqsədilə normativ-hüquqı bazasının gücləndirilməsi;

– elmi təşkilatların fəaliyyətinin qiymətləndirilməsinin prinsiplərinin işlənilməsi və müntəzəm olaraq həyata keçirilməsi;

– elm və təhsilin inteqrasiyasının səmərəli formalarının müəyyən edilməsi və həyata keçirilməsi;

– mühüm elmi nəticələrin, dünyəvi yeniliklərin, elmtutumlu mütərəqqi texnologiyaları əsasında İnnovasiya Bankının yaradılması və Milli İnnovasiya Proqramının hazırlanması;

– innovasiya layihələrinin texnoloji əsasları işlənilməklə biotexnologiyanın gələcək inkişafı üçün əsasların yaradılması;

– elmi infrastrukturun təkmilləşdirilməsi, elmin maddi-texnikibazasının müasirləşdirilməsi;

– elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunmasının stimullaşdırılması;

– elm və istehsal arasındakı əlaqələrin gücləndirilməsi;

– innovasiya potensialının səmərəli istifadəsi və inkişafı üçün müvafiq qanunvericilik bazasının yaradılması;

– Azərbaycanda aqrar islahatlar dövründə innovasiya əsaslı iqtisadi yüksəlişin nəzəriyyə və metodologiyasının inkişaf etdirilməsi;

– elm tutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması.

Bütün bunlarla yanaşı aşağıdakıları deməyi özümə borc bilirəm. 

Bir sıra ölkələrdə elmi tədqiqat və araşdırmalara ayrılan büdcə vəsaiti və elmi reytinqi haqqında məlumat

Beynəlxalq təcrübəyə əsasən elm və texnologiyanın inkişaf vəziyyəti ölkənin inkişaf səviyyəsindən birbaşa asılıdır. Dünya təcrübəsinə əsasən hər bir ölkədə elmi tədqiqatlara ayrılan xərclər ÜDM-in ən azı 2%-ni təşkil etməlidir. Dünyada elmin inkişafına ayrılan vəsaitin 23%-i ABŞ-ın, 21%-i Çinin, 13%-i isə Yaponiyanın payına düşür. Əsaslı olaraq dünyanın əsas elm mərkəzləri Şimali Amerika, Avropa və Şərqi Asiya ölkələri hesab olunurElmi tədqiqatlara ayrılan maliyyə vəsaitinin ÜDM-də xüsusi çəkisinin az olması elmi heyətin, elmi kadr potensialının azalmasına səbəb olur ki, bu da yüksək elmi nəticələrin alınmasına mənfi təsir edir…

Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır.

Doğrudur, möhtərəm prezidentimizin fərmanları ilə son illər ərzində EA əməkdaşlarının maaşları bir neçə dəfə artırılmışdır. Son vaxtlar müxbir və həqiqi üzvlərin rütbə maaşları əhəmiyyətli artmışdır.  Lakin açığını demək lazımdır ki,  EA digər əməkdaşlarının məvacibləri günün tələblərinə uyğun deyil. Mövcud məvaciblər hələ də elmin inkişafını təmin edəcək səviyyədə deyildir.Belə vəziyyətdə elmdə inkişafa nail olmaq çətin bir məsələdir.

Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinin qorunmasına da ciddi əngəl törədir. Mövcud maliyyə təminatı gənclərin elmə gəlişinə stimul yaratmır. Bir vaxtlar EA institutlarına can atan ali məktəb məzunları indi başqa, daha gəlirli sahələrə üz tuturlar. Nəsillər arasında əlaqənin qırılması isə elm üçün böyük təhlükədir.

EA-nın xalqımızın həyatındakı rolunu qiymətləndirmək üçün dövlət orqanlarında, diplomatik sahədə, ictimai-siyasi səhnədə səmərəli fəaliyyət göstərən, milli intellektual elitanın özəyini təşkil edən şəxsiyyətləri xatırlamaq kifayətdir. Bu şəxsiyyətlər EA-dakı unikalmühitin yetirmələridir. Fikrimizcə, bu, EA-nın dövlətimiz üçün strateji əhəmiyyətli bir qurum olduğunu isbatlamaq üçün yetərli dəlildir.

Bir mühüm məqama da toxunmaq istərdim: Bəzi elm sahələri özəl sifarişlər, istehsalatla bağlı layihələr, hətta xarici ölkələrdən alınan qrantlar sayəsində gəlirlər əldə edə bilərlər. Humanitar və ictimai elmlər isə daha çox dövlətimizin himayəsinə güvənməlidir. Bu sahə mənəvi sfera ilə, milli ideologiya və dövlətçilik düşüncəsi ilə birbaşa bağlı olduğundan xüsusi qayğı ilə əhatə olunmalıdır. Bu elmlərə dar mənada“praktik fayda” meyarı ilə yanaşmaq olmaz. Bütövlükdə fundamental elm belə yanaşmanı qəbul etmir.

ZiyaBünyadovun “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəylərdövləti” kitablarının milli şüurun inkişafında oynadığı rolu hansı pulekvivalenti ilə ölçmək olar?! Fundamental elmə xərclənən vəsaitgələcəyə – millətin və dövlətin gələcəyinə qoyulan sərmayədir. Əgər bugün tələb olunan maliyyə vəsaitini əsirgəsək, sabah bundan yüz qatartığını qoymalı olacağıq.

Fundamental elmin ictimai şüurun düzgün istiqamətdə təkamülündə müstəsna rolunu gözəl bilən ümummilli liderimiz Heydər Əliyev məhz buna görə hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik yaratdıqdan sonra əsas elm məbədimiz ətrafında söz-söhbətlərə son qoydu, ardınca öz tarixi fərmanı ilə AMEA-nın statusun müəyyənləşdirdi.

Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsiistiqamətində mühüm addımlar atdı.

Bu gün Azərbaycan elmi, konkret olaraq, ictimai və humanitar elmlərmüasir dövrün tələblərinə, dövlətçiliyimizin yüksəlişinin hazırkı mərhələsinə, Azərbaycanın müasir inkişafının məntiqinə uyğunlaşdırılmalıdır.

Gövhər Baxşəliyeva,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

Müdafiə naziri bu deputatlara medal verdi: SİYAHI – FOTOLAR

Read Next

Parlamentin 3 günlük iclaslarında 11 məsələ müzakirə olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir