“Nəticəni çox da gözləməli olmadıq, çünki…” – MİLLƏT VƏKİLİ

Ermənistan mövcud status-kvonu legitimləşdirmək üçün mütəmadi olaraq planlı şəkildə müxtəlif təxribatlara əl atır. Onlardan biri də erməni lobbisinin güclü olduğu ölkələrdə bu imkanlardan istifadə etməklə, işğal etdikləri Azərbaycan torpaqlarında yerləşən inzibati əraziləri həmin ölkənin müvafiq əraziləri ilə siyasi-hüquqi identifikasiya etmə cəhdləridir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, məlumdur ki ,bir müddət əvvəl Fransanın Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında “Dostluq haqqında xartiya” imzalanmışdı:

“Bu fakt əlbəttə ki, digər bənzər faktlar kimi Azərbaycan tərəfindən nəzarətə götürüldü və onun ləğv edilməsi üçün müvafiq qurmlarla səmərəli iş aparıldı. Nəticədə Azərbaycan problemin hüquqi müstəvidə və obyektiv şəkildə həll edilməsinə nail oldu.

Belə ki, Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv etdi. Fransa kimi erməni lobbisinin və ermənipərəst mərkəzlkərin güclü olduğu bir ölkədə buna nail olmaq, əlbəttə, uğur hesab edilə bilər.

Ancaq bu faktı başqa mühüm tərəfləri də var ki bu da onun yeni hüquqi president yaratmış olmasıdır . Məhkəmənin öz qərarını imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması ilə əsaslandırması bu hüquqi presidentin digər bənzər hallara da şamil edilməsi təcrübəsini yaradır və bu, təkcə Fransada deyil, digər Avropa Birliyi ölkələrində də bənzər hadisələr baş verərəsə, president kimi qəbul edilə bilər.

hikmet_babaoglu_2

Məlumdur ki , Azərbaycanın birinci vitse –prezidenti Mehriban xanım Əliyeva Francaya sonncu səfəri zamanı bi tipli məsələləri də Fransa hökumətinin diqqətinə şatdırmiş və belə məsələlərin yolverilməz olduğunu bildirmişdi.

Nəticəni çox da gözləməli olmadıq və Fransa məhkəməsinin ədalətli qərarının şahidi olduq.

Azərbaycan bundan sonra da öz hüquqlarını fəal şəkildə müdafiə edəcək və mütləq öz ərazilərinin işğaldan azad edilməsinə nail olacaq”.

Etikxeber.az

Read Previous

“Yemisən, canın çıxsın, gəl ödə də” – FƏZAİL İBRAHİMLİ

Read Next

“Heydər Əliyevin qızına Sevil adını verməsi heç də təsadüfi deyildi…” – XALQ YAZIÇISI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir