Nəvələrimin çantalarını mənim götürməyə gücüm çatmır, onlar necə götürsün?! – DEPUTAT

ZİYAFƏT ƏSGƏROV: Təki oxumaq istəyən olsun. Mən şəxsən şəxsi kitabxanamdan 200-300 kitab verməyə hazıram ki, oxusunlar. Özü də pulsuz-parasız

Parlamentin bu gün keçirilən plenar iclasında kitab satışı və çantalar məsələsi müzakirə edilib.

Etikxeber.az  xəbər verir ki, deputat Fazil Mustafa metrolarda kitab satışının yenidən  bərpa olunmasını təklif edib:

“Axı, metrolarda kitab satışı kimə mane olur ki? Axı, bu siqaret, ya içki deyil?!”.

millimeclis-2015_40

Deputata cavabında birinci vitse-spiker Ziyafət Əsgərov qeyd edib ki, bu gün Bakıda çoxlu sayda kitab evi var: “Təki oxumaq istəyən olsun. Mən şəxsən şəxsi kitabxanamdan 200-300 kitab verməyə hazıram ki, oxusunlar. Özü də pulsuz-parasız”.

Deputat Aqil Abbas öz növbəsində bildirib ki,  bu gün məktəbə gedən uşaqların çantalarını götürməyə ata-anaların gücü çatmır: “ Həm onların, həm də uşaqlarımızın beli əyilib. Bir azdan bizim uşaqların hamısının onurğası xarab olacaq. Axı, biz uşaqlarımızı, gələcəyimizi şikəst edirik?! Mənim nəvələrim məktəbə gedir, mən heç onların kitabını götürə bilmirəm, onlar necə götürsün?! Bu məsələni Təhsil Nazirliyi ilə birgə həll edin”.

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, bu məsələ Təhsil  Nazirliyinin gündəmindədir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bezmişik, qonşularla yaşadığımız binadan köçmək istəyirik” – DEPUTATLAR QƏZƏBLƏNDİ – YENİLƏNİB – (1)

Read Next

Daxili işlər nazirinin birinci müavini parlamentdə qanunsuz orqan transplantasiyasından danışdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir