Nəvaz Şərif Şəhidlər xiyabanını da ziyarət etdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif oktyabrın 15-də Şəhidlər xiyabanını ziyarət edib.

Etikxeber.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Məhəmməd Nəvaz Şərif Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Etikxeber.az

Read Previous

Baş nazir Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət etdi

Read Next

Rektor eks vitse-spikerin oğlunu Abbaszadənin qızı ilə əvəzlədi – TƏYİNAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir