Nabranda dənizdə batan uşağın meyiti Rusiyada tapıldı – FHN MƏLUMAT YAYDI

Fövqəladə Hallar Nazirliyi (FHN) Nabranda baş verən suda boğulma faktı ilə bağlı məlumat yayıb.

Etikxeber.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb.

P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.

Etikxeber.az

Read Previous

Jeenbekov da “Atambayev planı”ndan geri çəkilmir: “CAVAB VERƏCƏK”

Read Next

“Pullu, ödənişli təhsil olar?” – YAQUB MƏMMƏDOV “ÜSYAN” ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir