Naftalanda mənzildə qadın meyiti tapıldı

Naftalanda mənzildə qadın meyiti tapılıb.

Etikxeber.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naftalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1953-cü il təvəllüdlü Hüseynova  Firuzə  Qasım qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Etikxeber.az

Read Previous

Təyyarə ilə səfər edənlərin sayı 6,3 faiz artıb?!

Read Next

Millət vəkili “Milana” hospitala niyə getmişdi? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir