Naftalanın yeni icra başçısı dünyasını dəyişdi

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dünyasını dəyişib.

Bu haqda Etikxeber.az-a İcra Hakimiyyətindən məlumat verilib.

İcra başçısının gecə saatlarında ürəktutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakultəsini bitirərək “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildən “AZNEFT” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb.

ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb.

Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən “TƏRƏQQİ”  medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvü olub.

Ailəlidir, 2 övladı var.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Mançester Siti” 6-cı dəfə ölkə kubokunu qazandı və ya final qarşılaşmasında yaşanan gərgin anlar – FOTO

Read Next

Tanınmış xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir