Naftalanlı İkinci Vətən Müharibəsi Şəhidi-BU GÜN ANIM GÜNÜ OLAN TƏK OĞUL, İKİ QIZ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN BƏHRUZ QULİYEV… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Goranboylu və Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin üç övladından biri, evin tək və ailəli oğlu, iki qız övladı Vətənə əmanət qalan, Aprel döyüşlərinin iştirakçısı, MAXE Bəhruz Firuz oğlu Quliyevin Anım Günü ilə bağlı bu gün-11 sentyabr 2024-cü il tarixində, səhər saatlarında Naftalan qəbiristanlığındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 1990-cı ilin may ayının 9-da dünyaya gələn və 2020-ci ilin oktyabr ayının 11-də Əbədiyyətə uğurlanan 3 medallı Bəhruz Quliyevin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Naftalan şəhərinin dörd İkinci Vətən Müharibəsindən Şəhidindən biri olan Bəhruz Quliyevin məzarı önündə qısa çıxşılar edilib.

Ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Anım Günü ilə bağlı Naftalan şəhərində yerləşən “Ay-ulduz” şadlıq sarayında Şəhidin Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Naftalan, Bərdə, Mingəçevir və Goranboylu Şəhid ailələri, Qazilər, din xadimləri, müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər.

Ruhu şad olsun!

Nur içində yatsın!

15:45

***

FOTOLAR:

16:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anım Günü olan “Azərbaycan Bayrağı” ordenli- GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN NAMAZOV… – FOTOLAR – YENİLƏNİB

Read Next

Anım günləri olan Goranboylu 11 oktyabr Şəhidləri-TURAL QASIMOV, KƏNAN ƏLƏKBƏRLİ, SAHİL RƏSULOV VƏ KAMİL QASIMOV… – MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir