Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elyəddin Zöhrab oğlu Cəfərovun doğum günüdür.
Elyəddin Cəfərovun sabah 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah Şəhidin Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Məzarını ziyarətdən sonra isə Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənəcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar olunacaq.
Etikxeber.az xəbər verir ki, Elyəddin Cəfərov 1995-ci ilin may ayının 24-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində anadan olub.
Ailənin iki övladından-iki qardaşdan biri, evin böyük oğlu olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətdə olub və Əsgərliyini başa vurduqdan sonra, müxtəlif sahələrdə çalışıb.

44 günlük İkinci Vətən Müharibəsində də könüllü olaraq, iştirak edib.
Müharibənin 4-cü günündə, 2020-ci ilin sentyabr ayının 30-da Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini 20 gün sonra əldə etmək mümkün olub.
Və oktyabr ayının 20-də nəşi Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
Elyəddin həm də subay olub.
O, eyni zamanda, Naftalan şəhərinin dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!



Kamil HƏMZƏOĞLU
Etikxeber.az