Namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatdı

MSK: Martın 3-nə qədər seçici siyahıları tərtib və təsdiq edilə bilər

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.

Etikxeber.az xəbər verir ki, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər il mayın sonuna qədər seçici siyahıları hazırlanır.

O, bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bu prosesi sürətləndirib: “Seçici siyahıları səsvermə gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici siyahıları tərtib və təsdiq edilə bilər”.

MSK sədrinin müavini qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir: “Ötən illə müqayisədə seçicilərin sayı 28 344 nəfər artıb.

***

MSK-nın iclasında həmçinin, Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova iddiaçı ilə bağlı məlumatları diqqətə çatdırıb. O, deyib ki, R.Bəkirovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün əsaslar var. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da namizədliklərinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 13-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Etikxeber.az

Read Previous

Bu, ölkə əhalisinin 6 faizə qədəridir … – KOMİTƏ SƏDRİ

Read Next

Seçkiləri müşahidə etmək istəyən 24 müşahidəçi qeydiyyata alınıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir